impulsqazeti.az - impulsqazeti.az - Leo Lifestyle http://www.impulsqazeti.az Sat, 27 Nov 2021 05:14:10 +0000 Joomla! - Open Source Content Management az-az “Prezident göstəriş verdi ki, 9 köşkü də 24 saat ərzində bərpa et…” http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/503-prezident-zhoestaerish-verdi-ki-9-koeshku-dae-24-saat-aerzindae-baerpa-et http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/503-prezident-zhoestaerish-verdi-ki-9-koeshku-dae-24-saat-aerzindae-baerpa-et “Prezident göstəriş verdi ki, 9 köşkü də 24 saat ərzində bərpa et…”
]]>
info@demo5.az (Super User) Ölkə Thu, 27 Aug 2020 18:22:26 +0000
“ANA MÜXALİFƏT”İN SİRRİ AÇILDI http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/502-ana-mukhalifaet-in-sirri-adzhildi http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/featured-post/item/502-ana-mukhalifaet-in-sirri-adzhildi “ANA MÜXALİFƏT”İN SİRRİ AÇILDI

Mətanət Əliyeva

İRANI, TURANI, AVROPANI SÖYMƏYİN, ÖZ MURDAR NƏFSİNİZİ SÖYÜN

Axırıncı dəfə nə vaxt yazdığım yadımda deyil. Uzun müddət sevdiyim peşədən ayrı düşmək mənim üçün çox ağrılıdır. Yazmamağımın səbəbi var. Axırıncı yazımda qeyd etmişdim ki, klanların davası gedir, Rusiya hansı klanın arxasında dayansa o klan qalib gələcək. Çox təəssüf ki, klanların davası uzanır və bu dava uzandıqca, xalqın əzabları artır. Hazırda ölkədə demokratik siyasi mübaizə üçün zəmin yoxdur. Klanlar ən qəddar üsullarla bir-birini məhv etməyə salışırlar. Bu sadəcə olaraq hakimiyyət, var-dövlət, ölkənin sərvətlərini talamaq uğrunda gedən davadır. Bu klanların heç biri Azərbaycanda demokratik dövlət qurub torpaqları işğaldan azad edən deyil. Mənim fikrimcə, klanlardan biri o birini məhv edəndən sonra vətənpərvər, savadlı, peşəkar vətəndaşlardan ibarət üçüncü qüvvə yaranacaq və o zaman ölkədə demokratik mübarizə başlayacaq. Mənim dediyim insanlar hazırda kölgədə qalıblar, onları təşkilatlanmağa qoymurlar. Hazırda insanları düşündürən sual budur ki, hansı klan qalib gəlsə millət üçün yaxşı olar. Ermənistan klanı 50 ildən artıqdır Azərbaycanda hakimiyyətdədir və bu klanın hakimiyyədə olduğu dövrdə rüşvət və yalan adlı əjdaha xalqın mənəviyyatını məhv edib. 50 illik bu dövrdə qanunları qorumalı olan məhkəmə hakimlərini, polisləri, prokurorları rüşvətlə işə götürüblərsə, deməli, bu ölkədə qanun işləməyib. Hazırda bu formada idarəçilik davam edir. Müstəqil olandan sonra Ermənistan klanı rüşvətxorluğu və oğurluğu mərkəzləşdirdi. O vaxtdan bu yana hər ay uşaq bağçaları, məktəblər, xəstəxanalar, ali məktəblər, polis, prokurorluq və sair - bütün dövlət idarələrindən yığılan pulların dəqiq hesabatı aparılır, aşağı məmurlar yığılan pullardan öz faizini götürür və qalan pulu icra başçıları prezident aparatına çatdırır. Bu puldan hər ay ziyalıları, siyasətçiləri, hüququ müdafiəçilərini, jurnalistləri susdurmaq üçün onlara paketlər paylanır. Hazırda Ermənistan klanına başçılıq etmək istəyən Əli İnsanova ona görə hörmət edirəm ki, o, vaxtilə məhkəmədə dedi ki, “biz məmurlar 30 faizə işləmişik, oğurladığımızın 30 faizini götürmüşük, qalan faizini prezident aparatına vermişik”. Əli İnsanovun cəsarətinə bərəkallah. Amma nazir olanda vərəmli xəstələrə ümümdünya səhiyyə təşkilatı tərəfindən havayı verilən dərmanları satdırıb, qızdırma içərisində qan qusaraq ölən kasıb xəstələrə rəhm etməyən bir həkimin yenidən hakimiyyətə qayıtması təssəvvür edin nə deməkdir. Əli İnsanov nazir olanda mən jurnalist kimi dəfələrlə onun kabinetində olmuşam, müsahibə almışam. Bildiyim çox faktlar var. Yenidən müsahibə versə, faktları onun üçün xırdalayaram. Bir faktı deyim ki, Əli İnsanov nazir olanda mən baxıdım ki, tibb işçilərinini əksəriyyəti Müsavat Partiyasının üzvləridir. YAP rəhbərlərindən olan Əli İnsanovun buna necə yol verdiyini başa düşmürdüm. O vaxt guya Müsavat ən qatı müxalifətçi (“ana müxalifət “) idi, halbuki məsələn, İslam Partiyasının üzvü, yaxud mütəllibovçu olan bir tibb işçisini dərhal cəhiyyə sistemindən qovardılar. Bu gün məlum olur ki, hələ o vaxtdan Ermənistan klanı Müsavatı gələcək hakimiyyəti üçün təşkilatlandırırdı. Bu gün Əli İnsanov tələb qoyur ki, onun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası, AXCP, Müsavat və Milli Şura birləşərək Müvəqqəti Hökumət yaratsın və İlham Əliyev hakimiyyəti onlara versin. Milli Şurada 5-10 nəfər AXCP və Müsavat üzvlərindən başqa heç kim yoxdur. Vaxtilə zəkasına və vətənpərvərliyinə çox inandığım bir siyasətçi demişdi ki, Ermənistan klanının növbəti lideri Əli Kərimli olacaq. 25 il bundan əvvəl deyilən söz bu gün özünü doğruldur. Əli Kərimovda liderlik keyfiyyətləri çoxdur. Dərin savadı olsa da, mən onun çox yalanlarını dərk edirəm, bəzi pafoslu çıxışlarındakı qeyri-səmimiliyi hiss edirəm. 50 il hakimiyyətdə möhkəmlənmiş, varlanmış, hazırda dövlət vəzifələrinin 90 faizini tutan ermənistanlılar qərbə arxalandıqları üçün Rusiyaya qalib gələ bilməzlər. Onlar düz deyirlər, Rusiya Azərbaycanı özünün bir quberniyası hesab edir. Rusiya qərbə üz tutan Gürcüstanı, Ukraynanı, Moldovanı və başqalarını torpaqla, etnik münaqişələri qızışdırmaqla necə məhv edirsə, bizi də elə cəzalandırır. Qazaxıstan, Türkmənistan, Rusiya ilə əvvəlki münasibətləri saxladı, torpaq itirmədi, bu gün çörək dalınca ölkəsini tərk edən bir qazaxa, bir türkmənə rast gələ bilməzsiniz. Müstəqilliyə gələndə, onlar daha çox müstəqildirlər. Bizdə qərbə üz tutanların məqsədi xalqın güzəranını yaxşılaşdırmaq deyil, sadəcə olaraq, onlar hakimiyyətə gəlmək üçün dayaq axtarırlar. Rusiya onlara bu dəstəyi versə, dərhal soyadlarını da dəyişərlər. Üzdə olan qaraqışqırıqçılara baxmayın, bu gün 90 faiz sadə xalq ümid yeri kimi Rusiyaya baxır. İndiki milyonçu məmurlarımızın savadsız ata-babaları Rusiyanın həyata keçirdiyi sosialist inqilabı nəticəsində savadlandılar, yüksək vəzifə əldə etdilər, əvəzində onlar da, övladları da, həm inqilaba, həm Rusiyaya qarşı nankorluq etdilər. Vəzifəyə gəlmək üçün rüşvətlə Kommunist Partiyasına üzv olanlar kommunist biletlərini yandırıb şou düzəltdilər. Nankorun axırı yaxşı olmur. Rusu, ermənini, İranı söyən deputatlardan, ziyalılardan, jurnalistlərdən soruşuram, erməni bizə deyir ki, hərbçini orduya rüşvətlə götür? Hərbiyə işə düzələnlərdən 2-3 min manat arası rüşvət alırlar. Bu pulu sələmlə götürən hərbçilər borcdan çıxa bilmirlər. Özümüz ordunu talan edəcəyik, Türkiyə gəlib torpaqlarımızı azad edəcək?Rus bizə deyir ki, melorasiyaya ayrılan pulu oğurla, kənd əhalisi əkin-biçinlə, heyvandarlıqla məşğul ola bilməsin? İran bizə deyir ki, şikəstlərə müavinət vermək üçün onlardan rüşvət al. ABŞ bizə deyir ki, hər ay mafiyadan konvert alıb milləti sat? Ay təyinatlı deputatlarımız, Çingiz Qənizadə kimi işverənlik edib mandat alan (Gültəkin Hacıbəyli və Natiq Ədilov dedi) deputatlarımız, təqaüd yaşı qaldırılanda hansınız etraz etdiniz?Avropanı, İranı, Turanı söyməyin, öz murdar nəfsinizi söyün.
Prezident İlham Əliyev xalqa müraciət edərək dedi ki, məmurlar öz əkinlərini sulayırlar, qara camaata su vermirlər. Belə faktlar olarsa, vətəndaşlar prezidentə siqnal versinlər. Mən prezidentə siqnal verirəm. 25 ildir Hacıqabulda 3 hektarlıq bağ salmışam. Ağaclarım susuzluqdan quruyur. İki-üç il bundan əvvəl Paşa holdinq bizim sahənin yaxınlığında min hektarlarla torpaq sahəsi götürdü, hər il ora taxıl, qarğıdalı əkir. Paşa holdinq o torpaqları götürən kimi dövlət hesabına 0 torpaqlara müasir arxlarla su çəkildi. O sudan yerli əhaliyə, o cümlədən mənə pulla da verilmir. Susuzluqdan əhali bir dəstə göyərti əkə bilmir. Yem baha olduğundan heyvandarlıqla məşğul olmaq mümkün deyil. İmkanı olan rayonu tərk edir. Paşa holdinqin yaxınlığında rayonun Muğan qəsəbəsi yerləşir. Bu qəsəbənin sakinləri su ilə bağlı etiraz aksiyası keçirdilər, əhəmiyyət verən olmadı. Yay fəslini Şamaxının Qızmeydan kəndində keçirirəm. Bu dağ kəndində bir neçə ildir quyular quruyub. Əkindən söhbət gedə bilməz. Mal-qara acından, susundan əziyyət çəkir. Kənd adamları deyirlər ki, acından-susuzluqdan əziyyət çəkən mal-qaranın çoxu bu il qısır qaldı, bala vermədi. Kənddə su probleminin həlli ilə bağlı müsbət heç nə gözlənilmir. Yeri gəlmişkən, kənddə min hektarlarla torpaqları ermənistanlı məmurlar (şaiyələrə görə Heydər Əliyevin qardaşı oğlu) icarəyə götürüblər, illik icarə haqqını vermirlər, torpaqlarda iş görmək adı ilə dövlətdən milyon manatlarla subsidiya alırlar, həmin torpaqları yerli mal-qara sahiblərinə icarəyə verib pulunu mənimsəyirlər. Bütün ölkə boyu bu proses gedir. Dənizi hasara alanlara qarşı da prezident ölçü götürmür. Amma rayonlarda və kəndlərdə təzə ailələrə rüşvətsiz bir sot torpaq sahəsi verilmir ki, onlar özlərinə bir otaqlı daxma tikib təsərrüfat qursunlar. Buna görə də ata yurdunda bir-birinə bitişik daxma tikən övladlar bəzən bir sot torpaq üstündə bir-birini öldürürlər. Milyon hektralarla torpaqlarımızın istifadəsiz qaldığı bir vaxtda bir sot torpaq şəhid ailəsinə belə rüşvətsiz verilmirsə, bir təpəyə görə xalqın övladlarını niyə ölümə verirsiniz? Bu cür idarəçiliklə dünyanın bütün torpaqlarını bizə versələr də, yenə ac qalacağıq, çünki 5-10 adam o torpaqları da qamarlayıb deyəcək ki, onundur.
Hazırda yoxsul təbəqənin ən çox arzusunda olduğu uşaq pulu haqqında onu deyə bilərəm ki, məmurlar buna heç vaxt razı olmayacaqlar. Çünki onlar uşaq pulundan oğurlaya bilməyəcəklər. Məmurlar kasıb təbəqəyə verilən sosial yardımın 50 faizini mənimsəyirlər, verdikləri mal-qaradan, mənzildən, maşından çoxlu gəlir əldə edirlər. Ona görə də kasıblara bu formada yardım edirlər. Uşaq pulu berməyə o vaxt razı olarlar ki, məmurlar özləri o puldan daha çox qazanc götürə bilsinlər.
Hazırda siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri, ziyalılar bölünüblər. Bir hissəsi Ermənistan klanını, bir hissəsi Paşayevlər klanını müdafiə edir. Kimin xeyri hardan çıxırsa, o tərəfi müdafiə edir. Hansısa klanı, şəxsi müdafiə edib aldanmaq, məyus olmaq mümkündür. Hər iki klanı tənqid edib, xalqın marağından çıxış edən şəxs heç vaxt yanılmaz, məyus olmaz.
Mən bir neçə aydır ki, İmpuls YOUTUBE kanalı açmışam. Problemlər barədə kanalda verilişlər yayımlamağı palnlaşdırıram. Oxucularımdan xahiş edirəm reklam işində mənə kömək etsinlər.

]]>
info@demo5.az (Super User) Yazarlar Sat, 08 Aug 2020 09:52:28 +0000
Sabirabadın Cavad kəndi- Azərbaycanın İsveçrəsi - VİDEO http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/501-sabirabad-n-dzavad-kaendi-azaerbaydzan-n-isvedzhraesi-video http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/501-sabirabad-n-dzavad-kaendi-azaerbaydzan-n-isvedzhraesi-video Sabirabadın Cavad kəndi- Azərbaycanın İsveçrəsi - VİDEO
]]>
info@demo5.az (Super User) Ölkə Mon, 16 Mar 2020 06:03:20 +0000
Qazdan boğulmalar. Günahkar kimdir? - VİDEO http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/500-zhazdan-bozhhulmalar-zhunahkar-kimdir-video http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/500-zhazdan-bozhhulmalar-zhunahkar-kimdir-video Qazdan boğulmalar. Günahkar kimdir? - VİDEO
]]>
info@demo5.az (Super User) Ölkə Mon, 24 Feb 2020 18:42:00 +0000
VİP sədri Əli Əliyevlə müsahibə - VİDEO http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/499-hakimiyyaet-bizae-azd-rmazh-istaediyi-pishik-kimi-yanash-r-vip-saedri-aeli-aeliyevlae-musahibae http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/499-hakimiyyaet-bizae-azd-rmazh-istaediyi-pishik-kimi-yanash-r-vip-saedri-aeli-aeliyevlae-musahibae VİP sədri Əli Əliyevlə müsahibə - VİDEO

"Hakimiyyət bizə azdırmaq istədiyi pişik kimi yanaşır"

]]>
info@demo5.az (Super User) Ölkə Thu, 20 Feb 2020 13:37:25 +0000
Aytac Həsənova və 5 ci ölüm http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/498-aytadz-haesaenova-vae-5-dzi-oelum http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/498-aytadz-haesaenova-vae-5-dzi-oelum Aytac Həsənova və 5 ci ölüm
]]>
info@demo5.az (Super User) Ölkə Sun, 09 Feb 2020 16:20:17 +0000
6 ay erməni əsirliyində və 80 manat (II hissə) http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/497-6-ay-ermaeni-aesirliyindae-vae-80-manat-ii-hissae http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/497-6-ay-ermaeni-aesirliyindae-vae-80-manat-ii-hissae 6 ay erməni əsirliyində və 80 manat (II hissə)

Jurnalist Mətanət Əliyeva ilə erməni əsirliyində olmuş Möhlət Mahmudovun müsahibəsi

]]>
info@demo5.az (Super User) Ölkə Thu, 06 Feb 2020 16:00:16 +0000
6 ay erməni əsirliyində və 80 manat - VİDEO http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/496-6-ay-ermaeni-aesirliyindae-vae-80-manat-video http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/496-6-ay-ermaeni-aesirliyindae-vae-80-manat-video 6 ay erməni əsirliyində və 80 manat - VİDEO

Jurnalist Mətanət Əliyeva ilə erməni əsirliyində olmuş Möhlət Mahmudovun müsahibəsi

]]>
info@demo5.az (Super User) Ölkə Sun, 02 Feb 2020 18:44:16 +0000
NƏCMƏDDİN SADIQOV 1993-CÜ İLDƏ VƏ İNDİ http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/495-naedzmaeddin-sadizhov-1993-dzu-ildae-vae-indi http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/495-naedzmaeddin-sadizhov-1993-dzu-ildae-vae-indi NƏCMƏDDİN SADIQOV 1993-CÜ İLDƏ VƏ İNDİ

 

 

QİYABİ DEPUTAT RƏFAEL HÜSEYNOV

 

metanetMətanət Əliyeva

Fevralın 2-dən “İmpuls” internet televiziya kanalı işə başlayır. İlk veriliş 6 ay erməni əsirliyində olmuş Möhlət Mahmudova həsr olunub. Möhlət Salyan rayonunun Xalac kəndindəndir. 1993-cü ildə Ağdamda döyüş vaxtı ermənilərə əsir düşüb. 6 aydan sonra qaçıb və özü ilə əsirlikdə olan 25 azərbaycanlı əsirin siyahısını Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə verib. Həmin əsirlər azad edilib. Möhlət bu günə qədər dövlətdən bir manat da yardım almayıb. Hətta döyüşdə əsir düşməsi barədə sənədləri toplayıb lazımi orqanlara təqdim etsə də, hələ də veteran pulu almır. Möhlət deyir ki, “Mən əsir düşəndə də baş qərargah rəisi Nəcməddin Sadıqov idi, bu gün də  baş qərargah rəisi Nəcməddin Sadıqovdur.”  Möhlət kimi minlərlə veteranın müavinət almamasının bir səbəbi var. Bu ölkədə hər şey rüşvətlədir. Minlərlə Qarabağın üzünü görməyən adam rüşvət verib veteran pulu alır, rüşvət verməyən minlərlə həqiqi veteran müavinət ala bilmir. Şikəstlər və xəstələrlər də eyni faciəni yaşayırlar. Minlərlə sağlam adam rüşvət verib xəstəliyə görə müavinət aldığı halda rüşvət verə bilməyən minlərlə şikəst və xəstə müavinət ala bilmir. Elə buna görə də məmurlar təqaüd yaşını qaldırdılar ki, vətəndaşlardan  rüşvət alıb onlara xəstə kimi təqaüd versinlər və bu yolla milyonlar qazansınlar. Uşaq pulunu da ona görə vermirlər ki, büdcə pullarını sosial yardım adı ilə vətəndaşlara rüşvətlə verib milyonlar qazansınlar. Yanvarın 26-da Hacıqabul Rayon Mərkəzi xəstəxanasında doğuş zamanı 23 yaşlı Aytac Həsənova qanaxmadan vəfat etdi. Aytac mənim qohumumdur. Bu məsələ ilə bağlı geniş material hazırlayıb “İmpuls”  televiziya kanalında yayımlayacağam. Baxmayaraq ki, dövlət xəstəxanasında doğuş və abort üçün vətəndaşlardan külli miqdarda rüşvət alınır, Aytaca qədər bu xəstəxanada çox analar qətlə yetirilib. Hacıqabul Aran zonasıdır. Aran rayonları əsasən heyvandarlıq üzrə ixtisaslaşıblar. Bu gün Aran əhalisi nə heyvandarlıq, nə də əkinçiliklə məşğul ola bilmir. Bunun səbəbləri haqda da geniş veriliş yayımlanacaq. Fevralın 9-da keçiriləcək parlament seçkiləri barədə danışmağa dəyməz. Rəfael Hüseynov 15 ildir Hacaqabul rayonunun deputatı qismində maaş alır, indiyə qədər hacıqabullular onu nə parlamentdə, nə də rayonda görməyiblər. Deyəsən, parlamentdə qiyabi deputat ştatı da var. Rəfael kim bir çox deputatlar, ildə bir dəfə də olsun, parlamentin iclaslarında iştirak etmirlər. Bu seçkidə də Hacıqabulun deputatı Rəfael Hüseynov olacaq. Rəfael Hüseynovun necə deputat seçilməsi ilə bağlı da “İmpuls” televiziya kanalında reportaj gedəcək. Hacıqabul elə bir rayondur ki, orada hər bir fakt haqqında məlumat almaq imkanlarım var. Rayonumuzun əhalisi ictimai-siyası cəhətdən çox fəaldır, döyüşkəndir, informasiya verməkdə bacarıqlıdır. Bu rayonun problemlərini faktlarla ortaya qoymaqla, mənə elə gəlir ki, bütün ölkənin problemlərini qabartmaq mümkündür. Xatırladıram ki, Hacıqabula əslən Sabirabad rayonundan olan Rüstəm adlı təzə icra başçısı təyin olunub. Prezidentin kadr islahatları çərçivəsində təyin etdiyi bu kadrın fəaliyyətinə baxan rayon əhalisi bu təyinata qiymət verib rayonun gələcəyini müəyyən edə biləcəklər. Televiziya kanalımızın izləyicilərini maraqlı verilişlər gözləyir. Bu verilişləri nə dövlətin maliyyələşdirdiyi Az.Tv-də, nə İctimai televiziyada, nə də özəl televiziya kanallarında görmək mümkün deyil.  Oxuculardan xahiş edirıəm “İmpuls” televiziya kanalını izləsinlər, abunə olsunlar  və paylaşsınlar. 

Yazımın sonunda bir məsələni də qeyd edim ki, Avropa Şurası Parlament Assambleyası son toplantısında Azərbaycanda siyasi məhbusların olduğunu qeyd etdi. Bəzi siyasətçilər bunu böyük bir uğur kimi təqdim edirlər. Biz xalq olaraq özümüzə güvənməliyik. Heç bi dövlət, heç bir siyasi qurum bizi gündən-günə yuvarlandığımız uçrumdan xilas edə bilməyəcək. Hər bir dövlət, hər bir xalq, hər bir beynəlxalq siyasi qurum öz xeyri üçün çalışır. Biz də öz xeyrimizi dərk edib bu məqsəd uğrunda mübarizə aparmalıyıq.  Əhalidə indi belə bir fikir formalaşıb ki, kim hakimiyyətə gəlsə, öz ailəsi, öz tayfası üçün çalışacaq. Kimin üçün çalışmasından asılı olmayaraq hakimiyyətdəkilər 5 ildən bir seçki yolu ilə dəyişməlidir. Bir ailə 25 il hakimiyyətdə qala bilməz. Kim seçkini saxtalaşdırmaq yolu ilə hakimiyyətdə qalmaq istəsə, seçki cinayətkarlığı etdiyi üşün həbsxanaya salınmalıdır. Qonşu Gürcüstanda 2 ildən bir hakimiyyət dəyişir, yeni hakimiyyətə gələnlər oğurlamağa macal tapmırlar. Bizdə də parlament respublikası olmalıdır ki, demokratik imkanlar genişlənsin, prezident 7 ilə öz mafiyasını yarada bilməsin.  Mən görürüm ki, artıq mübarizə aparmaqdan başqa çıxış yolumuz qalmayıb. Başqa yolumuz varsa buyurun göstərin. Kanalıma abunə olub paylaşmağı unutmayın.

]]>
info@demo5.az (Super User) Ölkə Fri, 31 Jan 2020 11:05:04 +0000
PAYTAXT ŞİRVANA KÖÇÜR http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/494-paytakht-shirvana-koedzhur http://www.impulsqazeti.az/index.php/k2-dzomponent/entertainment/item/494-paytakht-shirvana-koedzhur PAYTAXT ŞİRVANA KÖÇÜR

RƏFAEL HÜSEYNOV HACIQABULDA PEYDA OLUB 

Mətanət Əliyeva

 

Bir neçə aydır yazmıram. Bilirəm ki, mənim nə yazacağımı gözləyənlər var. Mən indi hamı kimi gözləmə mövqeyindəyəm. Bu o demək deyil ki, mən hansı klanın qalib gələcəyini gözləyirəm ki, onun tərəfinə keçim. Sadəcə olaraq, prezidentin islahatlar kimi təqdim etdiyi kadr dəyişikliyinin, parlament seçkisinin nə ilə nəticələnəcəyini gözləyirəm. Bir şeyi bilirəm ki, vəziyyəti gündən-günə ağırlaşan əhali də mənim kimi gözləmə mövqeyindədir. Atalar deyib ki, yeməkdənsə ümid olmaq yaxşıdır. Cüzi də olsa əhalidə ümid var ki, nəsə yaxşılığa doğru dəyişə bilər. Hər ziyanda bir xeyir olduğu kimi, son illərdə yaşadığımız problemlər, haqsızlıqlar bir xalq olaraq bizi düşündürdü, öz səhvlərimizi götür-qoy etdik, ən əsası kasıb təbəqə hərəkətə gəldi, başa düşdü ki, ələbaxımlıq insanın mənliyini, ləyaqətini öldürür, insanı həşarata çevirir, insan halal əməyi ilə yaşamalıdır. Sərvətlərin bir əldə cəmləşməsi milyonlarla oğru məmuru qohumlarını “darma” yemləmək imkanından məhrum etdi. Bu bizim qazancımızdır. Hərdən öz-özümə fikirləşirəm ki, biz bir xalq olaraq xoşbəxt yaşamağa layiqikmi? Bəli, layiqik. Ətrafımızdakı insanların vəhşiləşməsinin konkret səbəbləri var. Ölkəmiz cəngəllik qanunları ilə idarə olunur. Vəhşi cəmiyyətdə baş çıxarmaq üçün vəhşiləşməlisən. Vəhşiləşməsən yırtıcılar səni məhv edəcək. Normal cəmiyyət olanda insanların yaxşı sifəti üzə çıxacaq.

Mən yazımın sərlövhəsini qəsdən “Paytaxt Şirvana köçür ” qoymuşam. Bu mənim arzumdur. Həm Bakı boşalar, həm də Aran zonası dirçələr. Bu gün ən pis vəziyyətdə yaşayan Aran zonasının sakinləridir. Bircə faktı deyim ki, Aran zonasında əhalinin əhəmiyyətli hissəsi məmurların mal-qarasına baxmaq üçün ailəliklə fermalarda yaşayır. Düzəngahda yerləşən bu fermalarda su, qaz, işıq yoxdur. İnsanlar bir-qarnı ac, bir qarnı tox, kirin, hisin içərisində yaşayırlar, uşaqlar məktəbə getmirlər. İnternet televiziyalarından xahiş edirəm bu faktları ictimailəşdirsinlər. Elgizin verilişində belə bir ailəni göstərdilər, amma ekspertlər yalnız ata və ananı söydülər, məmurların adını çəkməyə cəsarət etmədilər. Bilirəm ki, yataqları gəzmək üçün çoxlu pul lazımdır. Pulum olsa mən özüm də bunu edərəm, o sürülərin kimin olduğunu araşdıraram. Ötən həftə Hacıqabulda möcüzə baş verib. 10 ildir rayonun deputatı olan Rəfael Hüseynovun qəflətən rayonda peyda olması əhalini şoka salıb. Deputatlığa yenidən Hacıqabul rayonundan namizəd olan Rəfael bəy rayonda vəfat etmiş şəhid atasının yas mərasiminə qatılıb.

Hacıqabul əhalisinin problemlərini sadalamaq istəmirəm. Hesab edirəm ki, əhalinin vəziyyətini bir qədər yüngülləşdirmək üçün ilk növbədə uşaq pulu verilməlidir. Hazırda əksər şirkətlərdə ixtisarlar gedir. Gənc valideynlər stres içərisində yaşayırlar, qorxurlar ki, ixtisara düşsələr, uşaqları ac qalacaq. Uşaq pulu yox, işsizlərə müavinət yox, pulsuz müalicə yox. Valideynlər vahimə içərisində qıvrılırlar.Məncə, hökumət ona görə uşaq pulu vermir ki, onun 6 ayını sosial yardımda olduğu kimi məmurlar oğurlaya bilməyəcəklər. O işdə ki məmurların oğurlamaq, rüşvət almaq imkanı yoxdur, o işi görmürlər. Kasıblara mal-qara verirlər, ona görə ki orada da məmurlar oğurluq edə bilirlər. Həmin bu oğrular deyirlər ki, uşaq pulu versələr, qadınlar çox doğacaqlar. Pullu ailələrə baxsaq, əksəriyyətinin bir uşağı var, çox uşağı kasıblar doğurlar, maddi dayağı olmayan insanlar mənəvi dayaq qazanmaq üçün çox doğurlar. Pullu adamın vaxtını keçirmək üçün min cür imkanı var, o özü üçün yaşayır. Kasıb vaxtını uşaqlarına baxmaqla keçirir, yaşamağın başqa yolunu təsəvvür etmir, kasıbın hamiləlikdən qorunma vasitələrindən xəbəri yoxdur, kasıb aborta pul tapmır. Uşaq pulu versələr, bu, qətiyyən doğuşlara təsir etməyəcək, cəmiyyətdə sosial ədaləti bərpa edəcək.

Mən fikirlərimi insanlara çatdırmaq üçün YOUTUBE-da “İmpuls” adlı televiziya kanalı açıb sadə insanların problemlərini işıqlandırmağa başlayacam. Mənim öz yolum olacaq. Daha doğrusu, həmişəki yolumu davam etdirəcəm. “İmpuls” televiziya kanalında fikirlərimin davamını dinləyə bilərsiniz.

]]>
info@demo5.az (Super User) Ölkə Sun, 19 Jan 2020 16:19:23 +0000