DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Mağazalarda saxta qızıl və brilyantlar satılır

Zərgər: "Brilyant adı altında amazit satırlar"

Azərbaycanda qızıl bazarı ildən-ilə genişlənsə də, bununla bərabər saxta qızıl məmulatlarının satışı da artıb. İş ondadır ki, alıcılar çox vaxt malın üzərindəki əyyara və sertifikata diqqət eləsələr də, bu, heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkə qanunvericiliyinə əsasən qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır: “Sanki bu saxtalığa şərait yaradan qanunlar da mövcuddur. Nazirlər Kabinetinin 1998-ci ildə 21 may tarixində 114 nömrəli qərarı ilə qızıl və qızıl məmulatları dəyişdirilə bilməyən mallar siyahısındadır. Yəni aldandınsa iş bitdi. Həmin məhsulu dəyişdirə bilməzsən. Lakin bu qərar istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən də qərarın dəyişdirilməsinə ehtiyac var".
E.Hüseynov bildirdi ki, istehlakçı zinət əşyası alarkən satıcıdan malın sertifikatını, haradan alınması barədə və qiyməti haqqında sənədini tələb etməlidir. Qızılın üzərindəki əyyara da diqqət verilməlidir. Azərbaycanda bu sahədə ciddi problemlər yaşandığını deyən E. Hüseynov, qızıl işi ilə məşğul olan insanların rəhbərlik etdiyi təşkilata müraciət etdiyini diqqətə çatdırıb: “Bizə müraciət edən şəxslərin bildirdiyinə görə ölkədə qızılların 80 faizi saxtadır. Deyilənə görə ölkəyə qızıl gətirənlərin özlərinin əyyar vurmaq üçün damğası var. Maliyyə Nazirliyinin Əyyar Palatasının damğasına uyğun damğa düzəldiblər. Damğanı da özləri vuraraq əhalini aldadırlar. Dəfələrlə onlarla görüşlər keçirib, söhbət etmişik. Maraqlısı odur ki, bütün qızıl satışı ilə məşğul olanlar üç muşketyor qanunu ilə işləyir. Birimiz hamımız üçün, hamımız birimiz üçün. Bu sahədə əhali aldadılır. Bizə daxil olan şikayətləri ümumiləşdirsək demək olar ki, ölkənin əmtəə bazarında saxta markalanmış, damğalanmış külli miqdarda qızıl məmulatı və daş-qaşlar var.”
Zərgər Mehdi Səlimov isə deyir ki, qızıl alarkən əsas əyyara fikir vermək lazımdır: "Çox vaxt alıcılar qızılın üzərində əyyara bənzər bir şey gördükdə, yazılar kiçik olduğu üçün buna o qədər də fikir vermir və satıcının qızıl haqqında dediklərinə inanıb onu alırlar. Əslində isə qızıl alarkən ona zərrəbindən istifadə edərək diqqətlə baxmaq lazımdır. Çoxu bunu etmir. Satıcılar isə bundan istifadə edib, saxta zərgərlik məmulatlarını satırlar. Çox vaxt heç satıcıların özlərinin də qızıldan başı çıxmır.”
Bu səbəbdən də satıcılara arxayın olmağın düzgün olmadığını bildirən zərgər, alıcıları qızıl alarkən diqqətli olmağa və ya qiymətli metallardan başı çıxan adamla mağazaya getməyi məsləhət görür. Onun sözlərinə görə, bazardan, lombarddan və ya əldən qızıl almaq təhlükəlidir: "Belə yerlərdə sizə asanlıqla saxta malı baha qiymətə verə bilərlər. Zərgərə sifariş verərkən də diqqətli olmaq lazımdır. Belə ki, sifariş zamanı qızıla qarışıqlar əlavə edə və ya verdiyiniz qızılın qramlarını kəsə, qaşları isə nisbətən ucuzları ilə əvəz edə bilərlər".
Zərgər qeyd etdi ki, qızıl alarkən zərrəbinin köməyi ilə diqqətlə qızıla, ona vurulan əyyara baxmaq lazımdır. Əyyarın səliqəsiz vurulması malın saxta olduğuna işarə edir: “Qızıl saxta olarkən əyyardakı rəqəmlər əyri yazıla, əyar özü əyri vurula və yayılmış şəkildə ola bilər. Nəzərə alın ki, əyyar qızılın bütün hissələrinə, detallarına vurulmalıdır. Əks halda zinət əşyasının bir detalı qızıldan, digərləri isə başqa metallardan ola bilər.” Mehdi Səlimov onu a dedi ki, hazırda bazarlarda amazit adlanan daş-qaş var ki, müştərilərə brilyant adı altında satılır: “Bu daş brilyanta çox oxşayır. Brilyant kimi səs verir. Alanda diqqətlə baxmaq və yoxlatdırmaq lazımdır.”
Məlumat üçün deyək ki, ölkədə qızıldan istehsal olunan zinət əşyalarının çox cüzi hissəsi Dövlət Zərgərlik Zavodunun payına düşür. Belə ki, zavod cəmi 10-15 faiz məhsuldarlıqla işləyir və hər il bu zavodda xammal kimi bir neçə kiloqram qızıl istifadə edilir. Ölkədə qızıl istehsal edən 170-dən artıq müəssisə qeydiyyatdan keçsə də, yüzlərlə belə sex isə qeyri-rəsmi fəaliyyət göstərir. Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı, satışı ilə bağlı yeni qaydalara görə, ölkədə qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə yeni qaydalarla ölkədə qızıl və digər qiymətli məişət əşyaları istehsal edən fiziki və hüquqi şəxslər tərəfindən istehsal edilən əşyalar satışa çıxarılmazdan əvvəl Dövlət Əyyar Palatası (DƏP) tərəfindən damğalanmalıdır.
Buna görə də aldanmamağın ən yaxşı variantı məmulatın üzərində DƏP-in damğasının olub-olmadığını yoxlamaqdır. Lakin onu da qeyd etmək lazımdır ki, Əyyar Palatası ölkədə faktiki satılan zərgərlik məmulatının hamısını əyar yoxlamasından keçirə bilmədiyindən, nəticədə minlərlə alıcı aldadılır və sonra dəyən zərəri onlara heç kim ödəmir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина