DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Biznesmenin qatili tapıldı

Onu öldürən çörək sexinin fəhləsi olub

Bu ilin avqust ayında Göyçay rayonunda baş verən qətlin üstü açılıb. Rayon hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat- istintaq tədbirləri nəticəsində rayonun Alpoud kənd sakini 1958-ci il təvəllüdlü Sahib Sabir oğlu Abbasovu öldürən şəxs tutulub. Məlum olub ki, hadisəni həmin kənd sakini, 1956-cı il təvəllüdlü Ələsgər Xudu oğlu Xudiyev törədib. Qətldə şühəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evdə həbs edilib və Göyçay Rayon Polis şəbəsinə gətirilib. O, bu ağır cinayətin törətdiyini etiraf edib. Ələsgər Xudiyev əvvəllər həyat yolaşı ilə birlikdə mərhum Sahib Abbasova məxsus Alpoud kəndindəki çörək sexində çalışıblar. Həbs olunan şəxs bildirib ki, hadsdən 4 gün əvvəl S. Abbasov tərəfindən səbəbsiz onlar işdən çıxarılıblar. Ələsgər Xudiyev əmək haqqı almaqdan ötrü sexə gedib və Sahib Abbasovdan onların hallaca pulunu istəyib. Lakin, sex sahibi ona pul vermək əvəzinə söyüb təhgir edib. Bu təhgirlərə dözmədiyini bildirən Ə. Xudiyev bu il avqustun 14-də ov tüfəngi ilə Sahib Abbasovu öldürdüyünü bildirib.
Qeyd edək ki, sahibkarın meyiti Alpoud kəndində yolun kənarında elektrik transformatorun yanından tapılıb. Əvvəlcə onun elektrik cərayanın vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları baxış keçirib. Və meyit Respublika Məhkəmə Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilib. Rəyə görə, 4 uşaq atası olan Sabib Abbasovun odlu silahdan aşılan atəş nəticəsində dünyasını dəyişdiyi müəyyən olunub.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda C M-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина