DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Ailəliklə narkotik vastələrin “bazarı” açıblarmış

İnsanları zəhərləyən qadın da cəzalandırıldı...

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri yaymaqda təqsirli bilinən Esmira Qocayeva, Tahir Qocayevin və Vaqif Ağayevin məhkəməsi başa çatıb.
Hakim Fikrət Qəribovun sədriliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Esmira Qocayeva 6 il , Tahir Qocayev 10 il və Vaqif Ağayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotikvasitələri, psixotor maddələri və ya onların prekursorların hazırlama, istehsal etmə, əldə etmə saxlama, daşınma, göndərmə və ya satma ) maddəsi ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. Müəyyən edilib ki, Esmira Qocayeva İran İslam Respublikasından gətirdiyi küllü miqdarda narkotik vasitəni Bakı şəhərində saxlayıb. Daha sonra isə Gəncə şəhərinə aparıb bir hissəsini, yəni 10 kiloqram hazır tiryəki 10 min manata satıb. Qadın narkotik vasitəsinin qalahı yəni 15 kiloqram hazır vəziyyətdə olan marixuananı isə Gəncə şəhərindən tanışı vasitəsilə qonşu Gürcüstana göndərmək istəyərkən həbs olunub. Araşdırmalar zamanı məlum olub ki, ailəliklə narkotik vasitələrri İrandan gətirib Azərbaycanda və Gürcüstanda satan Esmira Qocayeva neçə illərdir ki, bu “sənətlə” məşğul olub. İnsanları zəhərləməklə küllü miqdarda pul qazanıb. Qeyd edək ki, məhkəmə prosesində marraqlı faktların üstü açılıb. Müəyyən edilib ki, E.Qocayeva narkotik vasitələri satarkən bir neçə dəfə saxlanılıb. O, ifadəsində də etiraf edib ki, xeyli məbləğdə pulun hesabına buraxılıb. Məhkəmədə təqsirləndirilən şəxs həm də, Gürcüstana göndərilən “mal” ın pulunu, yəni 15 min manatını əvvəlcədən aldığını bildirib.
Qeyd edək ki, Esmira Qocayeva ailəliklə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub. Qanunsuz narkotik vasitələrin alq-satqısına görə onun həyat yoldaşı 12 il, oğlu isə 6 il həbs cəzası alıb. Narkotik vasitələrin satmasının, insanları zəhərlənməsinin və ailələrin bədbəxt etməsinin axrı budur, yəni dəmir barmaqlıqlar.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина