DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


"Atlant"a silahla girən şəxs bələdiyyə sədrinin oğlu imiş...

"Atlant" istirahət mərkəzində xuliqanlıq etmiş şəxslər həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu il avqustun 1-də gecə saat 12.00 radələrində Xaçmaz rayonu, Habran qəsəbəsində fəaliyyət göstərən "Atlant" istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı Daxili İşlər Hazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmaların nəticə olaraq, Əliyev Ziya Elxan oğlu və Ağayev Vüqar İslam oğlu saxlanılıb. Onlara qarşı CM-in 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Səbail rayon məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı məlum olub ki, "Atlant"da baş vermiş əlbəyaxa dava zamanı Ziya Əliyev tanışı Vüqar Ağayevlə birlikdə sərxoş vəziyyətdə olub. İnsident zamanı onlar ov tüfəngi çıxararaq, istirahət mərkəzinin mühafizəçilərini hədələyiblər.
Bu iş üzrə istintaq davam edir. Qeyd edək ki, Ziya Əliyev Quba bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur. Elxan Əliyevin özü də hazırda həbsdədir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина