DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Məhkəmə Xədicə İsmayıl barəsindəki həbs qərarını dəyişmədi

"Mən azad insanam, çöldə də azad idim, həbsdə də azadam. Həbs olunmağım heç nəyi dəyişmir"

Dünən Bakı Apellyasiya Məhkəməsində hakimi Abid Abdinbəyovun sədrliyilə tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Səbayel Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Apellyasiya şikayəti təmin olunmayıb.
Vəkil Yalçın İmanov bildirib ki, Abid Abdinbəyov qərarda apellyasiya şikayətinin hansı səbəbdən təmin olunmadığını əsaslandırmayıb: "Qərar elan olunanda heç bir əsas göstərilmədi. Sadəcə, apellyasiya şikayətinin təmin olunmadığı bildirildi. Güman edirəm ki, formal əsaslar olacaq. Xədicə İsmayıl 2 əsasla həbs olunub - istintaqın gedişinə maneçilik törətmək və proses iştirakçılarına qanunsuz təsir göstərmək ehtimalları ilə. Burda da müdafiəçilər olaraq məhkəmənin diqqətinə çatdırdıq ki, bu ehtimalları sübut edəcək hər hansı bir dəlil varsa, məhkəməyə təqdim olunsun və araşdırılsın".
Qeyd edək ki, məhkəmə prosesində Xədicə İsmayıl özü də iştirak edib. Jurnalist həbsinin qanunsuz olduğunu bildirib. Deyib ki, həbs olunması şəxsən onun üçün gözlənilməz deyildi.
"Mən azad insanam, çöldə də azad idim, həbsdə də azadam. Həbs olunmağım heç nəyi dəyişmir", - deyə Xədicə İsmayıl vurğulayıb.
Xatırladaq ki, Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Səbayel Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham irəli sürülüb. O, Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda günahlandırılır.
Qeyd edək ki, Tural Mustafayev oktyabrın 20-də siçan dərmanı içib. Lakin həyatı xilas olunub. Bir müddət xəstəxanada müalicədən sonra o, Maştağadakı psixiatriya klinikasına göndərilib. Xədicə İsmayıl bildirib ki, mart ayından bəri Tural Mustafayevlə heç bir əlaqəsi olmayıb.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları da bu ittihamın qurama olduğunu və Xədicə İsmayılın əslində, korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bəyan edib. Bu səbəbdən o, "vicdan məhbusu" elan olunub.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина