DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Gürcüstanlı oğrular Bakıda at oynadırlar

Rusiyada bankları qarət edən, Bakıda tutuldu

Binəqədi Rayon Polis İdarəsinin 6-cı və 40-cı polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, paytaxtda çox saylı evlərin talanmasında şübhəli bilinən, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Məqsud Talıbov tutulub.Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şübhəli şəxsin ətrafında aparılan müvafiq əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, o bu əməlləri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən həbs edilən Gürcüstan Resppublikasının vətəndaşı, əvvəllər Rusiyada məhkum olunmuş 1989-cu il təvəllüdlü Yaşar Qayıblovla birlikdə törədib.İstintaq araşdırmaları zamanı sübut olunub ki,onlar əsasən Bınəqədi rayonu ərazisində müxtəlif ünvanlara daxil olaraq, mənzillərdən əsasən pul və qızıl-zinnət əşyalarını talan ediblər. Belə ki, bu çütlük bu il iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırmaq yolu ilə 1200ABŞ dolları, 700 manat, noutbook və 2000 manat dəyərində qızıl-zınnət əşyaları, iyunun 28-də Biləcəri qəsəbəsi Fizuli küçəsi ndə yaşayan Arif Kabiyevin evindən 2950 manat, iyunun 29-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində yaşayan Müslüm Əliyevin evindən pəncərinin dəmir barmaqlıqlarını sındırmaqla 10 min manat pul və qızıl-zinnət əşyaları, avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovanın mənzilindən qızıl-zinnət əşyaları,noutbook və dəri godəkcə, avqustun 8-də Bıləcəri şosesində yaşayan Arzu Kərimovanın evindən 2000 manat pul və 5000 manat dəyərində qızıl-zinnət əşyaları,sentyabrın 18 də Binəqədi rayonu 1-ci Mədən küçəsində yaşayan Sabir Tağıyevin evindən 3000 manat , 1500 manat dəyərində birilyant qaşlı qızıl sırğalar və 3500 manat dəyərində noutbok. Eyni zamanda binəqədi rayonu ərazisində “Vulkan” dağ yaşayış massivində yaşayan Nicat Ağayevin evindən mobil telefon, qızıl-zinnət əşyaları, sentyabrın 26-da saat 21 radələrində Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Rövşən İbranimovun evindən açar seçməq yolu ilə 8000 manat pul və 12.000 manatlıq qızıl-zinnət əşyaları aparıblar.
Araşdırmalar zamanı mənzilləri qarət edənlərin bundan əvvəl də paytaxtın müxtəlif yerlərində cinayət əməlləri törətdikləri aşkar edilib.Belə ki onlar hələlik istintaqa məlum olmayan bir qrup şəxslə birlikadə dövlət məmurlara, deputatlara, biznesmen və müğənilərə məxsus onlarla bağ evi və mənzilləri də qarət ediblər.Əldə etdiyimiz əlavə məlumata görə, Yaşar Qayıbov Pusiyada kriminal aləmdə “Montinli Eldar” kimi tanınan azərbaycanlının başçılıq etdiyi məşhur cinayətkar dəstənin fəllarından olub. Dəstə üzvüləri Rusiyanın iri şəhərlərində bankların qarəti ilə məşğul olublar. Rusiyada məhkum olunan Y.Qayıbov cəza çəkdikdən sonra Bakıya dönüb və burada yenədə köhnə peşəsi ilə məşğul olmağa başlayıb. İstintaq orqanlar bu iki nəfərin digər əməllərini də adaşdırılır.
Bakıda 100-dən çox mənzil qarət etmiş daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.Daxili İşlər Naziriliyində verilən məlumatına bu əməliyyatı Xətaii Rayon Polis İdarəsinin əməkdaşları həyata keçiriblər.Keçirilən əməliyyat nəticəsində Gürcüstan Respublikasının vətəndaşı 40 yaşlı Raata Mikunalidze , Bakı şəhər sakinləri Qulam Zeynalov və 27 yaşlı Aleksandr Xusainov saxlanılıblar. Dəstə üzvülərinin ətrafında aparılan istintaq araşdırmaları nəticəsində məlum olub ki, onlar bir neçə ayda Yasamal, Binəqədi, Nəsimi, Nizami və Xətai rayonlarında əsasən 9 mərtəbəli bina evlərindən çoxsaylı oğurluqlar ediblər.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qabaqcadan əlbir olaraq binalara daxil olublar . Daha sonra isə mənzillərin qapısını döyüblər. Ev sahibləri evdə olmadıqda Raata Mikuniladze xüsusi alətlərin köməyilə qapıları açıb. Dəstə üzvüləri, evlərə daxil olaraq küllü miqdarda pul, qızıl-zinnət əşyaları və digər bahalı malları talayıblar. Evdən çıxdıqda isə Raata Mkurmalidze mümkün qədər qapıların klidlərini bağlama nail olub.
Oğurluq qızılları elə həmin gün Gürcüstan Respublikasına aparılıb. Qızılların daha qiymətli hissəsini satılması üçün Rusiya Federasiyasına göndərilib. Qalanlarını isə, Tiflisdə pula cevrilib.Raata Mkurnalidze satışdan əldə etdiyi pullardan Qulam Zeynalov və Aleksandr Xusanova da pay göndərib. İstintaqda daha sonra müəyyən edilib ki, dəstə üzvü Oulam Zeynalov təkbaşına da oğurluq cinayətləri törədib. O, Raata Mikrunalidzedən öyrəndiyi üsullarla evlərin qapısını açıb və küllü miqdarda pul, qızıl qarət edib. Əldə etdiyi küllü miqdarda qızılların bir hissəsini isə Bakı da, qalanı isə Rusiyada satıb. Qeyd edək ki, zərərsizləşdirən qrupun qarət etdikləri mənzillərin arasınada “APA Holding”in əməkdaşı ülkər Qasımovanın da evi var.Onlar jurnalistin yaşadığı Xətai rayonu, Məhəmməd Hadi küçəsi 63 saylı binanın 143-cü mmənzilindən 2400 ABŞ dolları,200 avro,3100 manat və qızıl zinnət əşyalarını öğurlayıblar.Əldə etdiyimiz daha bir məlumata görə bu cinayətkar dəstənin vətəndaşlara 1 millyon manata yaxın ziyan vurublar. Faktla bağlı başlan mış cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxslərin ehtimal olunan digər cinayətləri araşdırılır.
Bakı Şəhər Baş Polis İdarəsindən aldığımız məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Bölməsinin, Cevik Polis Alayı, Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin avqust-noyabr aylarında Gürcüstan vətəndaşı Anar Həsənova məxsus Babək prospektində avtomobil hissələri mağazasından, açar seçmə yolu ilə 5000 manat dəyərində avtosesuar oğurlamaqda şübhəli bilinənlər Gürcüstan vətəndaşı 1978-ci il təvəllüdlü Nəsimi Həmidov və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Babək Allahyarov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.
Bu ilin noyabr ayında Göyçay şəhərinin müxtəlif yerlərində 8 mənzil qarət edən 2 gənc tutulub. Göyçay RPŞ-dən verilən məlumata görə, şəhərin Rəsul Rza küçəsindəki 50 saylı mənzildə yaşayan 20 yaşlı Əliağa Qurbanov həmin küçədəki 32 sayli mənzildə yaşayan 22 yaşlı İlyas Səfərovla əlbir olaraq müxtəlif vaxtlarda Elsevər Əsədov, Vüsalə Məmmədova, Samir Osmahov, Nailə Ələkbərova , Şahin Hüseynov, Tünzalə Rüstəmova, Kiçikxanım Məmmədova və Mahir Müzəffərova məxsus mənzillərdən qızıl qolbağlar, qızıl boyun bağlar, qızıl sırğalar, 4 ədəd qızıl üzük , 7700 manat pul, 16 min rus rubulu, bir fotoaparat və bir ədəd mobil telefon oğurlayıblar. Hər iki şəxs tutulub və istintaqa təhvil verilib. Onlar əməllərini etiraf ediblər.
Faktla bağlı Göyçay Rayon Polis Şobəsi tərəfindən cinayət işi başlanıb və araşdırmalar aparılır.
Sunqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə mağaza və aptekləridən oğurluq edən Ceyranbatan sakinini saxlayıblar.O,11 oğurluq epizodunda təqsirləndirilir.Aparılan əməliyyat zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən şəxs sabiq polis əməkdaşı Süleyman Məhərrəm oğlu Abdullayevdir. İlkin dindirmə zamanı o, cinayət əməllərini etiraf edib. Əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Süleyman Abdullayev Abşeron rayonundakı 3, Binəqədi rayondakı 2, Yasamal rayonundakı 1 marketdən oğurluq edib.O,digər əməllərini isə Sumqayıt şəhərində törədib.6 dəfə məhkumluq həyatını yaşayıb.
Süleymanovun ifadəsinə görə oğurluq hadisələrini əsasən gündüzlər törədib. Sumqayıt şəhərində iki market və aptekdən ümumilikdə 9800 manat oğurlayıb.Oğurladıqları pullarını isə kef məclislərinə və narkotik maddələr almaq üçün istifadə edib. Bu da məlum olub, sabiq polis əməkdaşı Ceyran narkoman dostları və tanış qızlarla kef məclisləri təşkil edirmiş. S. Abdullayevin daha bir cinayətin üstü aşılıb.O, bir neçə gün əvvəl axşam saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayonda işdən evə qayıdan xanıma qarşı soyğunçuluq edib.Belə ki, gənc xanıma təzyiq göstərən qarətçi onu yolun kənarındakı ağacların arasına dartıb və üstündə olan qızıl boyunbağı, brilyyantqaşlı üzük, əl telefonunu və qızıl sırğaları alaraq aradan çıxıb. Qadın bu barədə Sumqayıt Şəhər Polis İdərəsinə məlumat verib.
Sabiq polis əməkdaşı, oğurluq və soyğunçuluq cinayətlər törətmiş Süleyman Abdullayev barəsində Azərbaycan Respublikı Cinayyət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və araşdırmalar aparılır.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Xəzər Rayon Pölis İdarpəsinin 1- ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şağan qəsəbəsində mənzil oğurluğu ilə məşğul olan qadın həbs edib.
Əməliyyat məlumatına görə, tutulan Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Əminə Abdullayeva tutulub. Bu qadın bir neçə gün əvvəl Şağan qəsəbəsinin sakini Əliquşad Həsənovun evindən 3500 manat pul və qızıl-zınnət əşyalarını oğurlamaqda şübhəli bilinib. Faktla bağlı ciayət işi açılıb və onun digər əməlləri araşdırılır.
Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları isə əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əliyev küçəsində yaşayan Xədicə Tağıyevanın evindən qapını sındıraraq oğurluq edən şəxsi tutublar. BŞBPİ-dən aldığımız məlumata görə, qadınıa zor tətbiq edib, əl-qolunu bağlayaraq mənzildən 5000 mahat pul və qızıl zınnət əşyalarını qarət etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ənvər Həsənov tutulub. Onun barəsində Yasamal RPİ-nin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanıb və araşdırmalar aparılır.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilləri qarət edən azyaşlı oğrunu tutublar.Binəqədi RPİ-dən verilən məlumata görə, rayon ərazisində avtomobillərin şüşəsini qırıb oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nühan Gülümcanov saxlanıb. Onun hələli 3 avtobolin qarət edildiyi bilinir. Faktla bağlı cinayət işi başlanıb və digər əməllərin olub–olmadığı araşdırılır.

Səhifəni hazırladı: Elman

каталог фаберлик на сайте faberllena.ru
народная медицина