DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


AĞIR YOL QƏZASI ÜÇ CAN ALDI

Qaranlıq Yolda “Jiquli” “Maz”la toqquşdu

Dünən gecə Bakının Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Minik avtomobilinin yük maşınına toqquşması nəticəsində 3 nəfər ölüb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini 48 yaşlı Saləddin İsmayılovun idarə etdiyi “Vaz” 2107 markalı “ Jiquli” avtomobili yüksək sürətlə hərəkət edən zaman yolun kənarında saxlamış “Maz” avtomobili ilə toquşub. Yol-qəzasının nəticəsi ağır olub. Toqquşma nəticəsində minik maşını tamamilə əzilib və sıradan çıxıb. Hadisə zamanı “Jiquli”nin sürücüsü, sərnişinlər 23 yaşlı Samiq İbiyev və 21 yaşlı Vüqar Hüseynov aldığı xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Deformasiyaya uğramış maşından meyitlər FHN-nin əməkdaşları tərəfindən çıxarılıb. İlkin belə ağır yol qəzasının baş verməsinə əsas səbəb yolun qaranlıq olması və işıqlandırılmaması səbəb olub. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb və araşdırmalar aparılır.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина