DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Gəncə sakini tibb bacısının boğazını kəsdi

Sevgilisinin meyitini 4 gün xalasının evində gizlətdi , sonra isə cinayətin izini itirmək üçün nənəsinin tövləsində basdırdı

Gəncə şəhərin hüquq-mühafizə orqanları dəhşətli qətlim üstünü açıb. İtkin düşdüyü hesab edilən tibb-bacısının sevgılisi tərəfindən qətlə yetirildiyi aşkar qdilib. Müəyyən olunub ki, Gəncə şəhər sakini 22 yaşlı Svetlana Mayılova oktyabrın 24-də saat 11 radələrində şəxsi minik maşını ilə evdən çıxıb və bir daha geri dönməyib. Bu barədə ailə üzvüləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Gəncə polisi və prokrorluq orqanları onun axtarışını elan edib. Gəncə Şəhəri Baş Polis İdarəsindən aldığımız məlumata görə 1 aydan çox davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Svetlana Mayılovanın qətlə yetirildiyi aşkar edilib. Belə ki, məlum olub ki, xəstəxanada tibb bacısı işləyən qadın uzun müddət bərabər yaşadığı, Gəncə şəhər sakini 29 yaşlı Rauf Əliyev tərəfindən öldürüb. Araşdırmalar zamanı müəyyən edilib ki, qızın itkin düşdüyü gün , qabaqcadan vədləşdikləri kimi, onun xalasına məxsus Gəncə şəhəri Ruzigar Qasımov küçəsində 37 saylı evdə görüşüblər. Həmin ünvanda aralarında baş verən mübahisə zəmnində Rauf Əliyev üzərində olan bıçaqla Svetlananın boğazını kəsərək qətlə yetirb. Hadisədən 4 gün sonra Rauf Əliyev törətdiyi bu ağır cinayətin izini itirmək məqsədilə xalasının evində gizlətdiyi meyiti atasına məxsus “Qaz-24” markalı avtomobillə Goranboy rayonun Qaradağlı kəndinə aparıb. Həyətdəki mal tövləsində basdırıb. Hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Rauf Əliyev Svetlanın nə səbəbdən qətlə yetirdiyini aşıqlamasa da meyitin gizlətiyi yerini bildirib.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və qətlin motivi araşdırılır.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина