DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Bakıda 11-ci sinif şagirdinin müəmmalı intiharı

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Kürdəxanı qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Ceyhun Zaur oğlu Əliyevin asılmış meyiti tapılıb.

Araşdırmalar zamanı Ceyhun Əliyevin özünə qəsd etdiyi müəyyənləşdirilib.
Faktla bağlı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Ceyhun Əliyev 113 saylı orta məktəbin 11-ci sinfində təhsil alırdı. Məktəbin direktor müavini Şirinxanım Abbasova bildirib ki, eşitdikləri xəbər onları şoka salıb: "Ceyhunun intihar etməsi barədə eşidən kimi evlərinə getdim. Hamı şokda idi. Ceyhunun heç kimlə işi yox idi. Çox şən uşaq idi. Hamı ilə mehriban danışırdı. Məktəbin bütün tədbirlərində çox aktiv iştirak edirdi. Yaxşı qarmon çalırdı. Şənliklərdə həmişə musiqi ifa edirdi. Dərslərində də ora səviyyədə oxuyurdu. Amma bütün müəllimlər onun xətrini istəyirdilər".
Ceyhun Əliyevin sinif rəhbəri Elmira Musayeva da "anspress"ə açıqlamasında şagirdinin intihar etməsindən şoka düşdüyünü deyib. Onun sözlərinə görə, Ceyhunun intihar etməsi müəmmalıdır. Çünki məktəbdə Ceyhun Əliyevi problemsiz şagird kimi tanıyırmışlar: "Çox sakit şagird idi. Tərbiyəli idi. Heç kim ondan şikayət etməyib. Evdəkilər də onun intihar etməsindən şoka düşüblər. Heç kim onun nə səbəbə özünü öldürməsini bilmir".
Elmira Musayevanın sözlərinə görə, ailədə 2 qardaş olan Ceyhun Əliyevin bütün davranışları normal olub. O, peşəkar musiqiçi olmaq istəyirmiş. Atası ona qarmon çalmağı öyrədib. Sonradan musiqi məktəbinə girib. Məqsədi Konservatoriyaya daxil olmaq idi.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина