DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Davam edir intiharlar...

Sevdiyi qızdan “yox” cavabı alan gənc intihar etdi

Bakı şəhərində intihar hadisəsi baş verib.Bu hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.Nəsimi Rayon Polis İdarəsindən Verilən məlumata görə, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü İlham Hüseynov özünü Cəlilməmməd Quluzadə küçəsində, 998-saylı ünvanda yerləşən çoxmərtəbəli binanın 17-ci mərtəbəsindən yerə atıb.Aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.İlkin versiyalara görə 19 yaşlı gəncin özünəqəsd etməsinə səbəb sevdiyi qızın ona rədd cavab verməsi olub
İntihar faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Resbublikası Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddihə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırmalar aparılır.

Gənc qadının müəmmalı qəsdi

Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verib. Qaradağ Rayon Prokurorluğundan bildiriblər ki, Lökbatan qəsəbəsində yaşamış Zeynəb Nəzirağa qızı Muradova yaşadığı evdə özünü asaraq intihar edib. 35-yaşlı qadının özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Yaşlı kişi güllə ilə özünü vurub.

Daha bir intihar hadisəsi İsmayıllı rayonunda qeydə alınıb. İsmayıllı Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu bədbəxt hadisə rayonun Qəzli kəndində olub. Kənd sakini 1928-ci il təvəllüdlü İsaq Yusif oğlu Canıyev yaşadığı evin həyətində özünə məxsus ov tüfəngi ilə başından atəş açıb.O,alın nahiyəsindən aldığı güllə yarası ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.86 yaşlı İsaq Yusifovun özünəqəsd etməsinin səbəbi hələlik məlum deyil.Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırmalar aparılır.

Sirkə turşusu ilə özünü öldürdü

Zərdab rayonunda da intihar baş verib. Həmin Rayonun Prokurorluğundan verilən rəsmi məlumata görə, özünə qəsd hadisəsi rayonun Qoruqbağı kəndində qeydə alınıb.Kənd sakini 1961-ci il təvəllüdlü Xosrov Saday oğlu Xəlilov sirkə turşusu içərək intihar edib.Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayyət işi başlanıb.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина