DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Anadangəlmə əlil qadın qatil cəzalandırıldı

Lal, kar və görmə qabilliyəti olmayan qadını boğub, evi qarət edib

Dünən Baki Ağır Cinayətlər Məhkəməsində lal,kar və görmə qabiliyəti olmayan qohumunu öldürməkdə təqsirli bilinən Elşən Vəlihədovun məhkəməsi başa çatıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs bu il fevralın 18-də Suraxanı rayonu Bülbülə qəsəbəsində Gülnarə Ağayevanı boğaraq öldürüb.Bu barədə polisə qadının nəvəsi 17 yaşlı Leyla İsrafilzadə məlumat verib.Danışma,eşitmə və görmə qüsurlu Gülnarə Ağayevanın meyitini nəvəsi həmin gün axşam saatlarında yatdığı çarpayıda aşkar edib. Axşam evə gələn qız nənəsinin üzərində xəsarətlər müəyyən edib və mənzilin isə qarət olunduğunu görüb. O,səs-küy salaraq qonşuları köməyə çağırıb.Dərhal hadisə yerinə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları və prokrorluq orqanlarının əməkdaşları gəliblər. Ekspertlər və müstəntiqlər hadisə yerini müayinə edib əl və barmaq izləri götürüblər. Sonrada meyitin üzərinə baxış keçiriblər. Qadının boğaraq öldürüldüyü müəyyən edilib və hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Rayon polisi qətldən 12 gün sonra bu ağır cinayəti törədən mərhum Gülnarə Ağayevanın yaxın qohumu olan 31 yaşlı Bülbülə qəsəbəsi sakini Elşən Vəlihədovu həbs edib. Onun üzərindən odlu silahda aşkar edilib.
Hakim Mirzə Xankişiyevin sədriliyi ilə keçirilən məhkəmə prosesi yekunlaşıb. Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib. Məhkəmənin hökmü ilədanışma, eşitmə və görmə qüsürlu Gülnarə Ağayevanı qarət məqsədi ilə boğaraq öldürən Elşən Vəlihədov 15 il müddətinə azadlqdan məhrum edildi.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина