DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Keçmiş deputatın evini yerlə yeksan etdilər

Hüseyn Abdullayev hökumətə mesaj göndərdi: "Əllərindən nə gəlirsə, eləsinlər..."

Keçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev Bakıda ona məxsus mülkün sökülməsinə dair yayılmış xəbərlərə aydınlıq gətirib. O, bu barədə özünün "facebook" səhifəsində açıqlama yayıb.
Hüseyn Abdullayev bildirir ki, adının İnterpolun axtarış-məlumat bazasından rəsmən çıxarıldığı haqda məlumatı açıqlayandan sonra Azərbaycanda onun ailəsinə məxsus mülkü söküblər. Keçmiş deputat bunu özünə qarşı qisasçılıq kimi qiymətləndirir:
"Azərbaycanda mövcud olan despot rejim mənə və ailə üzvlərimə qarşı yeni təzyiq kampaniyasına start verdi. Hakimiyyət nümayəndələri ata-anamın şəxsi mülkü olan bir binanı qanunsuz şəkildə uçurmağa başladılar. Bunun məqsədi məndən intiqam alaraq, başqalarına gözdağı verməkdir.
Buradan onlara bəyan edirəm ki, əllərindən nə gəlirsə etsinlər. Hətta gedib, ailəmə aid nə mülk varsa, söksünlər, yaxud zəbt edib ələ keçirsinlər. Onsuz da gec-tez haqq-ədalət öz yerini tutacaq və illər boyu Azərbaycanda mülkiyyət hüququ pozulmuş insanlar öz əmlaklarının əsl sahibi olacaqlar. Buna heç kimin şübhəsi olmasın.
Bir şeyi qəti unutmasınlar ki, Hüseyn Abdullayevə hədə-qorxu gəlməklə və yaxud iyrənc repressiyalar tətbiq etməklə onun iradəsini sındırmaq olmaz. Təəssüf ki, onlar 25 ildə hələ də Hüseyn Abdullayevi yaxşı tanımayıb".

каталог фаберлик на сайте faberllena.ru
народная медицина