DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


DƏLƏDUZLUQDA SUÇLANAN TƏHSİL İŞÇİLƏRİ MƏHKƏMƏ QARŞISINDA

Şəlalə Hüseynova və onun “toruna” düşən rəfiqələr

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Pedoqoji Universitetinin müəlliməsi Zemfira Qasımova, Təhsil Nazirliyinin əməkdaşı Rahilə Abdullayeva və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlanılıb. Hakim Qaiq Qəniyevin sədriliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə prokuror ittiham aktını elan edib.Daha sonra təqsirləndirilən şəxslər ifadə verib. Onlar özlərini ittiham üzrə təqsirli bilməyiblər.
Qeyd edək ki, vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlabir olu cinayət əlaqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma yolu ilə küllü miqdarda özgə əmlakını ələ keçirib.Bu qanunsuz hərəkətlərlə bağlı Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış bu cinayət işinin istintaqı yekunlaşıb və məhkəmə baxışına göndərilib. Aparılan istintaqda 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın Azərbaycan Pedoqoji Universtetinin müəllimi Zemfira Qasımova,Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rahilə Abdullayeva tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin müxtəlif ali təhsil üəssisələrinə qəbul etdirməsi və həmin ali təhsil müəssisələrinin diplomlarını verilməsi barədə yalandan vəd veriblər.Belə ki, onlar saxta diplom verməklə, yanaşı vətəndaşların ümumilkdə 82 min 400 manat və 15 nin ABŞ dolları məbləğində pulu aldatma yolu ilə ələ keçiriblər.Buna görə də, Şəlalə Hüseynova Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci(külli miqdarda ziyan vurmaqla dələduzluq),310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma,qanunsuz hazırlama ), İsmayıl İsmayılova, Rahilə Abdullayevaya, Zemfira Qasımovaya isə CM-nin 178.3.2-ci və Şövkət Həziyevaya isə 178.2.1-ci(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ləduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq ) maddələri ilə nəzərdə tutulan ittiham elan olunub.
Qeyd edək ki, Şəlalə Hüseynovanın daha bir dələduzluqla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın icraatında baxılır. Məhkəmə prosesi zərərçəkənlərin ifadə verilmələri ilə davam etdirilir.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина