DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Avtobuslarda cibgirlik edən oğul, ana və nənə həbs olundu

Bakıdakı avtobuslarda sərnişinlərin qənimi olan bir ailənin dörd üzvü həbs olunub. Söhbət marşrut avtobuslarında cibgirliklə məşğul olanlardan gedir. Təsəvvür edin, bu dörd nəfərin də üçü qadındır - nənə, onun qızı və gəlini, bir də nəvəsi.

Daxili İşlər Nazirliyi Bakıda tutulan bu ailə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində çoxsaylı cibgirlik cinayətləri törətməkdə təqsirli bilinən 4 nəfəri yaxalayıb.
Əməliyyat bir qrup şəxsin paytaxtdakı sərnişin avtobuslarında cibgirliklə məşğul olması barədə idarəyə daxil olan məlumat əsasında hazırlanıb. Nəticədə Sumqayıt şəhərində yaşayan bir ailənin 4 üzvü - 20 yaşlı Məcid Şamilov, onun nənəsi, 63 yaşlı Məleykə Şamilova, anası, 44 yaşlı Mətanət Şamilova və dayısı arvadı, 41 yaşlı Natəvan Şamilova cinayət başında yaxalanıb.
Onların üstündən cibgirlik yolu ilə əldə etdikləri qadın pul kisələri, mobil telefonlar, külli miqdarda nəğd pul və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər hər gün Sumqayıtdan Bakıya gələrək, çoxsaylı cibgirlik cinayətləri törədiblər. Məcid Şamilov ifadəsində qeyd edib ki, özünə məxsus avtomobillə nənəsini, anasını və dayısı arvadını paytaxta gətirərək, avtobus dayanacaqlarında düşürüb. Qadınlar sərnişinlərin sıx olduğu avtobuslara mindikdə isə avtomobili onların arxası ilə sürərək güdməyə başlayıb. Sərnişinləri soyan qadınlar növbəti dayanacaqda düşdükdə Məcid Şamilov onları avtomobili ilə başqa dayanacaqlara aparıb. Günün sonunda isə cibgirlik yolu ilə əldə edilən pullar bölüşdürülüb.
Araşdırmalar zamanı məlum olub ki, avtobuslarda sərnişinlərin ciblərini əsasən Məleykə Şamilova soyub. Onun qızı Mətanət Şamilova və gəlini Natəvan isə sadəcə, vətəndaşların başını qataraq cinayətlərə şərait yaradıblar. Polis əməkdaşları cibgir qohumları bir qədər izləyiblər, sonuncu dəfə isə qadınlar avtobusdan düşüb avtomobilə minmək istəyərkən yaxalanıblar.
Saxlanılarkən həmçinin Məcid Şamilovdan 5 qrama yaxın həşiş qətranı da aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də cibgirlik cinayətləri törətdikləri üçün dəfələrlə məhkum olunublar.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина