DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Doğuşda ölümə görə cinayət işi

İş "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə açılıb

Ananın doğuşdan sonra vəfat etməsilə əlaqədar cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS-ə vrilən məlumata görə, noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Zərnişan Dəmir qızı Aslanovanın Quba rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Z. Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olmuş və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124. 1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина