DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“KARAT MMC”-NİN MİLYON MANATINI OĞURLAYAN ŞƏXS ƏMƏLİNDƏN PEŞİMAN DEYİL

“Mən kasıb-kusubun pulunu aparmamışam ki, əməlimdən də peşiman olum, əcəb etmişəm və qoy bütün xalq bilsin ki, deputatlar pulları haralarda gizlədirlər”

Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Əsabil Qasımovun ailə holdingi olan “Karata” daxil olan “Karat MMC”-dən 1 milyonluq oğurluq faktının məhkəsi başlanılıb. Məhkəməyə hakim Tamella Nəsrullayeva sədrilik edir. Məhkəmə qarşısına isə Abşeron rayonu Qobu qəsəbəsinin sakini 28 yaşlı Ramil İmaməliyev çıxarılıb. İstintaqın gəldiyi nəticəyə görə R. İmaməliyev əvvələr “Karat MMC-də işləyib. İşdən çıxarılandan sonra isə şirkətdən oğurluq etmək fikrinə düşüb. O,şirkətin ofisindəki seyfdə küllü miqdarda pul olduğunu qabaqcadan bilib. Araşdırmalar zamanı müəyyən edilib ki, Ramil İmaməliyev 11aprel 2014-cü il tarixdə gecə saatlarında ofisin binasına gəlib və binanın dam örtüyünü söküb içəri daxil olub. Sonra o, ofisdəki seyfin qapısını sındırıb və 1 milyon manat pulu idman çantasına yığıb. Sonra isə oranı tərk edib. Oğurluq etdikdən sonra evə qayıdan Ramil bu əməli barədə anasıCeyran İmaməliyeva və qardaşı Ramizə məlumat verib. Onlarla birlikdə pulun əsas hissəsini evlərində gizlədiblər. Ramil İmaməliyev bu pulun bir hissəsini özülə götürüb və “İnfiniti” markalı avtomobil alıb. O, saxlanırkan AZ 90 HZ 200 dövlət nömrə maşının yük yerindən 5 min Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

Ramil İmaməliyev istintaq zamanı ifadəsində bildirib ki, şirkətdən oğurladığı pulların əksəriyyətini bir qrup ona hədə-qorxu gəlib və alıb. Məlum olduğu kimi Ramil İmaməliyevi girov götürüb hədə-qorxu ilə küllü miqdarda pul alan 4 nəfər müəyyənləşdirilərək həb olundular. Onlar yəni, Kürdəmir rayon sakini 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri 30 Röyal Qədirov, 32 yaşlı Ruslan Əliyev ilkin istintaq tədbirləri zamanı törətdikləri etiraf ediblər. Verdikləri ifadələrində bildiriblər kı, son zamanlar Ramil İmaməliyevin bahalı birdən-birə bahalı avtomobilin sürməsi və onun varlanması onları şübhələndirib. Onunla görüşüb oğurlamağı və aıləsındən pul tələb etməyi qərara alıblar. Məlum olub ki, 4 dost əvvəlcədən planlaşdırdığı kimi Ramili Binəqədi rayon ərazisində restoranların birinin qarşısın görüşmək bahənəsi ilə çağırıblar. Burada onun başına torba keçırib və zorla avtomobilə otdurub naməlum istiqamətə aparıblar.

Ramil İmaməliyev bu barədə istintaqa verdiyi ifadəsində bildirib ki,onlar özlərini hüquq mühafizə orqanlarının əməkdaşları kimi təqdim edib və 450 min manat pul tləb ediblər. O, onu girov götürən şəxslərin əlinindən canını qurtarmaq üçün anası Ceyran İmaməliyevə zəng edərək evdəki puldan 450 min manatı göndərməyi tapşırıb. Ramilin anası pulu sayaraq kiçik qardaşı Ramizə verib və dediyi yerə göndərib. Ramili girov götürənlər ondan 459 min manat pul aldıqdan sonra onu braxıblar. Əldə olunan pul isə saxlanılan şəxslər arasında bölüşdürülüb. Əməliyyat-istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb. Eləcədə Ramil İmaməliyevin evində axtarış aparılarkən hissələrə bölünərək müxtəlif yerlərində gizlədilən 6600 manat və 800 ABŞ dolları tapılb. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl qardaşına və anasına zəng edərək oğurluq pulların 200 min manatını qəbristanlıqda gizlətmək istədiyini bildirib. Ramil İmaməliyev həmin pulu selefon torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbristanlığındakı qəbrin üstünü qazaraq basdırıb. Sonra polis qəbristanlıqda axtarış aparan zaman 190 min 800 manat aşkar edib və istintaqa təhvil verib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil İmaməliyev törətdiyi oğurluq əməlini etiraf edib və peşimaçılq çəkmədiyini bildirb. İfadəsində belə deyib:” Mən nəyə görə peşiman olmalıyam. Soruşun görək mən kimin pullarını aparmışam?

Kasıb-kusubun hesabına milyorder olan deputatın və onun müftəxor oğlunun pullarını aparmışam. Əcəb etmişəm və peşiman da deyiləm. Bircə peşımanam ona görə, bir qrup iş verənin “fitvası”ilə tutulmuşam. ” Onunla bağlı olan cinayət işində şahid qismində adları hallandırılan Aqil Şəmiyev, Zamiq Xasıyev, Röyal Qədirov və Ruslan Əliyev də məhkəmədə ifadə veriblər. Onların barəsində qaldırılan cinayət işi isə ayrıca icraatda aparılıb. Məlumat üçün bildirək ki, məhkəmə prosesində deputat Əsabil Qasımovun oğlu “Karat” holdingin rəhbəri Taleh Qasımovda ifadə verəcək. Məhkəmə gələn həftə davam etdiriləcək. Bu cinayət işinin istintaqın yekununa nəzər yetirəndə maraqlı bir nüansla rastlaşırıq. İttihamda bildirilir ki, Ramil İmaməliyev “Karat MMC”-nin ofisindən oğurluq etdikdən sonra oğurladığı pulu evə gətirib, anasına və qardaşına verib. Onlar həmin vəsatin oğurluq olduğunu biliblər. Ancaq Ramilin oğurluq faktı ilə bağlı ailə üzvüləri hüquq-mühafizə orqanlarna məlumat verməyiblər. Azərbaycan Respublikası Qanunverıciliyinə görə cinayəti bilə-bilə gizlədən şəxs cinayət məsuliyəti daşıyır. Ancaq küllü miqdarda oğurluq faktını bilə-bilə gizlədən Ramil İmaməliyevin anası Ceyran İmaməliyeva və qardaşı Ramiz İmaməliyev nə səbəbdənsə cinayət məsulliyətinə cəlb olunmayıblar. Yəqin ki, məhkəmə prosesi zamanı bu fakt nəzərə alınacaq.

Xatırlatmaq istəyirik ki, Ə. Qasımov 2010-cu ilə qədər “Karat” holdinqin prezidenti olub. Həmin ili idarəçiliyi oğlu Taleh Qasımova tapşırıb. Özü isə İmişli rayonundan MM-ə üzv seçılib. Bir milyonluq oğuruluq üzə çıxandan sonra isə deputat vaxtilə şirkətim komendatı olmuş Rövşən Hacıyevi şəxsən öz əlləri polisə təvil verərək həs etdirib. Onu şırkətin inşa etdiyi bir neçə mənzilin qanunsuz və icazəsiz satışn da suçlandırılır. Rövşən Hacıyevin bacısı jurnalistlərə mətbuat konfransı keçırərək qardaşını şərləyib deputatın saysız-hesabsız şirkətlərə məxsus olduğunu bildirib. Deyib ki, deputat qardaşını həddən ziyadə olan pullarını yaxın qohumlarından qorumaq üçün və gözündən pərdə asmaqdan ötrü həbs etdirib. Qsımovların iddiasına görə, Rövşən Hacıyev işlədiyi dövrdə 5 mənzil satıb və onara 1 milyon manatlıq ziyan vurub. Qeyd edək ki, Əsabil Qasımov bu təzə mənzillərin satışına görə,əvvəlcə döğmaca xalası oğlunu həbs etdirib. Lakin 20 gün həbsdə saxlandıqdan sonra azadlığa buraxdırıb. Qeyd edək ki,vəkili və bacısı Güllü Hacıyeva keçirdikləri mətbuat konfransında jurnalistlərə Rövşən Hacıyevin şərlənərək tutdurduqlarını bildirərək və bu ittihamları rədd edib.

Elman Maliyev

каталог фаберлик на сайте faberllena.ru
народная медицина