DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Ziya Məmmədovun oğlunun adı Türkiyədə qətldə hallandırılır

Qətl hadisəsilə bağlı məhkəmədə təqsirləndirilən şəxs Anar Məmmədov haqda ilginc ifadə verib

Türkiyənin məşhur "Hürriyyət" qəzeti Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Qarant Holding"in rəhbəri Anar Məmmədovla bağlı ilginc iddia yayıb. Nazir oğlu cangüdənin qətlini sifariş etməkdə ittiham olunur.
Qəzet yazır ki, ötən il mayın 14-də bir nəfərin silahla yaralanması olayı Türkiyədə "Hürriyyət"in səhifələrinə də düşüb. Həmin silahlı münaqişə Anar Məmmədovun cangüdənləri arasında olub.
Hadisə Antalyada, Gənclik məhəlləsində baş verib. İnsident Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşlı təqaüddə olan zabit İsmayıl Gənclə mühafizəçi, 35 yaşlı Kubilay Göl arasında olub. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb.
2013-cü il dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.
Kubilay Göl istintaqa verdiyi ifadəsində bildirib: "Anar Məmmədov məni çağıraraq İsmayıl Gənci öldürməyimi istədi, amma mən bundan imtina etdim".
Kubilay Gölün bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü pullardan oğurlayırmış".
Kubilay Gölün bildirdiyinə görə, o, İsmayıl Gənci öldürməkdən imtina etsə də, bir müddət sonra onunla üz-üzə gəlməli olublar.
Kubilay Göl istintaqa bildirib ki, bu pul oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün onlar İsmayıl Gənclə Antalyadakı "Əski Sənaye" deyilən yerdə görüşüblər. Mübahisə silaha qədər böyüyüb.
Kubilay Göl "Mən vurmasaydım, o, məni vuracaqdı" - deyib.
Kubilay Göl onu da qeyd edib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə hətta Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина