DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Ziyalılar qətliam törədən Rafiq Hüseynova ölüm cəzası tələb edirlər

GORANBOYDA BAŞ VERƏN AİLƏ FACİƏSİNƏ GÖRƏ SAHƏ POLİS RƏİSİ İŞDƏN ÇIXARILIB, BİR HEÇƏ VƏZİFƏLİ POLİS ZABİTİNƏ TÖHMƏT VERİLİB

Bir müddət əvvəl Goranboy rayonun Safıkürd kəndinə qətilman törədən Rafiq Nüseynovun aıləsinin yaşadığı evin qarşısında polis mühafizəsi daha da gücləndirilib. Rayon Polis İdarəsinin əməkdaşları gərgin iş rejimində işləyirlər.
Məlumatlara görə, Rafiq Hüseynovun ailəsi Safıkürd kəndinə geri dönməyi və onlar həmin rayonun qonşu kəndlərindən birində qohumlarının evində məskunlaşdığı da bildirilir. Həmin kəndin sakinləri müvafiq orqanlara müüraciət edib və Hüseynovlar aıləsinin ümumiyyətlə kəndən çıxarılması tələbini qoyublar. Sakınlər söyləyirlər ki əgər həmin ailə kəndə qayıtsa növbəti faciələrə səbəb olacaq.Buna görədə onların kəndə qayıtması absurd hesab oluna bilər.Çünkü onlara qarş kənd sakinlərinin kin-kudarəti və qəzəbi sönməmyib.Bu ağır cinayətin baş verməsində hüquq-mühafizə orqanların səhlankarlığıda olduğu söylənilir. Rəsmi mənbələrə görə, bu günlərdə Goranboy RPİ-nin Safıkürd kəndi üzrə sahə rəisi, polis kapitanı Elxan Fəracov vəzifəsindən azad olunub.Polis zabitinin işdən çıxarılmasına səbəb isə kənddə baş vermiş ailə faciəsi olub. Mənbə eyni zamanda eyni zamanda bir neçə polis zabitinə və yüksək vəzifəli şəxsə də kənddə baş vermiş hadisələrlə əlaqədar şiddətli töhmət verildiyi də bildirilir.Hal-hazırda Safıkürd kəndində baş vermiş ailə qətilmanını polis və prokurorluq orqanları tərəfindən ciddi araşdırırlar. Əldə etdiyimiz daha bir məlumata görə rayonun bir qrup ziyalısı, bir ailənin ocağını söndürən Rafiq Hüseynova daha ağır ölüm cəzasının verilməsi və camaatın qarşısında icra edılməsi ilə bağlı ölkə başçısına müraciət edəcəkləri bildirilir.
Xatırladaq ki, Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov qayınatasının evinə silahlı hücum edib və qumbara ataraq bir ailəni məhv edib. Buna səbəb 3 ay əvvəl ailə qurduğu qızla mübahisə etdikdən sonra atasının evinə gedib və geri qayıtmaması olub. Hadisə zamanı evdə olan 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allayar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Havayət Xanlar qızı Məmmədova , 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerındəcə ölüblər.Bu vaxt daha iki nəfər 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü Günel Haqverdi qızı Məmmədova isə ağır yaralanıb və həmin vaxt xəstəxanaya çatdırılıblar. Hal-hazırda vəziyyətləri qənaətbəx
Safıkürd sakinləri isə Rafiq Hüseynovun ailəsinin həmin kəndən çıxarılmasından ötrü imza toplama aksiyası keçırirlər.
Elman Maliyev

Yenilənmişdir Bazar, 02 Noyabr 2014 19:10
каталог фаберлик на сайте faberllena.ru
народная медицина