DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Doğma bacısını öldürən qızın psixoloji durumu ağırdır?

Ötən həftə Bakı şəhərində hər kəs qanlı bir olayın şokunu yaşadı. “Bacı bacının başını kəsdi” başlığı demək olar ki, bütün KİV-lərin manşetinə çevrildi. Hadisənin sarsıdıcı təsir bağışlamasının bir səbəbi cavan qızın öz doğma bacısını amansızcasına qətlə yetirməsi idisə, digər tərəfdən hadisə nüfuzlu, tanınmış biznesmenin ailəsində baş vermişdi. O ailədə ki, həmin ailə haqqında mətbuatda indiyədək də yaxşı yazılar çap olunub. Məsələn, “525-ci qəzet”də çap edilmiş “Nuriyevlər ailəsinin böyük sevinci” adlı məqalədə bacıların (hansı ki, sonradan onlardan biri digərini öldürəcəkdi) qazandıqları təhsil uğurlarından bəhs edilirdi. Baş verən qətl hadisəsi isə təkcə xəbər başlıqlarını yox, bir ailənin cəmiyyətdəki mövqeyini də tamamilə dəyişdi. 20 yaşlı Günel Nuriyevanın, yaşadığı Xudu Məmmədov küçəsi, ev 20, mənzil 39 ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti tapıldı. Sonra bu qətli onun bacısının - 19 yaşlı Pərvanə Nuriyevanın törətdiyi məlum oldu. Bir insanın ölümü, digərlərinin (qatil bacı, valideynlər, ailənin digər üzvləri, qohumları) faciəsi qaldı bir yana. Çoxlarını düşündürən isə yalnız cinayətin hansı zəmində baş verməsi və hadisənin motivi oldu. Pərvanə Nuriyeva öncə istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını “Allahın tələbi ilə öldürdüyünü” deyib. O bildirib ki, “qeybdən səs eşidir” və bu səs ona bacısını “öldürməyin vaxtı olduğunu” deyib. Daha sonra Pərvanə Nuriyeva başqa səbəblər gətirib...

TƏLƏBƏ OĞLAN BACISINI ÖLDÜRÜB QANINI İÇMİŞDİ

Bu qətl hadisəsi baş verən kimi 10-15 il əvvəl Ağdaş rayonunda baş vermiş dəhşətli bir qətil hadisəsi yadıma düşdü. Moskva şəhərində hüquq fakultəsində oxuyan tələbə oğlan bacısının başını kəsdikdən sonra onun qanını stakanla içmişdi. Hadisə rayonun kəndlərindən birində törədilmiçdi. İşlədiyim “Bu gün “ qəzetində bu dəhşətli hadisənini təfərrüatlarını yazandan sonra bütün ölkə şoka düşmüşdü. Redaksıyaya hər gün onlarla zəng vurulurdu. Bu hadisəni araşdırmaq üçün Ağdaşa getmişdim. Çox çətinliklədə olsa, qətlin səbəblərini öyrənmişdim. Məlum olmuşdu ki tələbə qardaş bacısını namus üstündə öldürmüşdü. Xatırlatmaq istəyirəm ki, hadisə baş vermiş ailə çox kasıb olub. Ataları dünyasını dəyişibmiş. Aılədə 1 qardaş 2 bacı olublar. Aılənin böyük övladı olan oğlan orta məktəbi əla qiymətlərə bitirəndən sonra sənədlərini Bakı Dövlət Universtetinin hüquq fakultəsinə verib.Lakin kifayət qədər bal toplaya bilməyib. O, sonra Moskvaya gedib bir müddət işlədikdən sonra orada Universtetin hüquq fakultəsinin qiyabi şöbəsinə qəbul olunub. İşləyəyə-işləyə təhsil alırmış. Rayondakı ailəsini də o dolandırırmış. Növbəti dəfə o rayona gələndə kənd sakinləri bacısının ailəli dayısı oğlu ilə gəzidiyini xəbər veriblər.O, anasına” əgər bacım həqiqətəndə binamusluq edibsə, ailəmizi el içində biabır edibsə onun başını kəsib və qanını içəcəyəm” demişdi.Qardaş bacısını güdməyə başlayır,deyilənləri sübut edir və bundan sonra bu ağır cinayəti törədir.Bu qanlı olay barədə uzun müddət danışılmışdı. Gördüyünüz kimi tələbə qardaşının bacısının qətlə yetirilməsinin səbəbəbi aydındır. O, ağır cinayəti də şüurlu bir insan törətmişdi yuxarıda qeyd etdiyimiz dəhşətli qətldə şüurlu bir gən törədib.Keçmiş hadısə ilə indiki hadisənin fərqi ondan ibarətdir ki,bacısının nəyə görə qətlə yetirdiyi məlum deyil. Ölkə mətbuatında da qətlə bağlı müxtəlif səpkidə yazılar dərc elətdirir.İstintaq orqanları isə qətlin məişət zəmnində və yaxud pul üstündə bacılar arasında baş verən münaqişə nəticəsində baş vermə versiyalarına daha çox üstünlük verirlər.Digər tərəfdən bacısı Günel Nuriyevanı qətlə yetirən bacısı Pərvanə Nuriyevanın pisixoloi durumunda da problemlərin olduğu bildirilir. Baş vermiş qanlı olayla bağlı mütəxəsislərin rəyləri necədir ?
İnsan yaşa dolduqca özündə yaranmış olduğu neqativ yükə görə qisas almaq istəyir. Ümumiyyətlə diqqət yetirsək görərik ki, son vaxtlar baş verən cinayət halları baş və boğaz kəsməklə həyata keçirilir. Belə qənatə gəlirlər ki, dəhşətli hadisələrin çoxalmasında dünyada baş verən müharibələqətlmanlar və müxtəlif terorçu qrupları tərəfindən insanlığa qarşı edilən vəhşiliklərdə təsirsiz deyil. Psixoloq Dəyanət Rzayev boğaz kəsmə cinayətlərin artmasında mənim fikrimlə razılaşmaqla yanaşı həm də digər amillərin rol oynadığını bildirdi: “ Elə bilirsiniz ki, baş kəsmək asan məsələdir. Fikrimcə bu baş kəsmək deyil, boğaz kəsməkdir.Bu kimi hadisələrin baş verməsində dünyada terorçu qrupların törətdiyi vəhşiliklərin təsiri olmamış deyil. Lakin sonuncu baş verən hadisə, balaca bacısının böyük bacısının başını kəsməsındə müəmmalı məsələlər çoxdur. Diqqət yetirsək görərik ki, qız deyib ki, gecə mənə dedilər ki, bir bacını öldür və sairə.Polisdə verdiyi ilkin ifadəsində isə bildir ki, guya bacısı cinsi azlıqdır yəni “rezbiyankadır”.Mənə elə gəlir ki, bu cəfəngiyatdır. Məlum olub ki, bacılar çox qapalı qızlar olublar.Psixi pozuntunun elə birinci əlaməti qapalı olmaqdır. Bu elmlə məşğul olanlar bu tip insanları aylarla müşahidə edirlər və sonda onun ruhi xəstə olub-olmadığını müəyyənləşdirirlər. Yəqin ki, bacısını öldürən qızı da belə müayinə edərlər.Əgər qız doğrudanda ruhi xəstədirsəo,cinayyət məsliyyətindən azad olunacaq və ruhi xəstəxanada məcburi müalicə alacaqdir.”
Bəs, bu cür dəhşətli hadisənin baş verməsinə əsl səbəb nədir? Sabiq polis rəisi, polkovnik Mahmud Hacıyev bildirib ki, ümumiyyətlə Azərbaycanda ağır cinayət hadisələrində artım var. “Son 10 ilin məhkəmə istintaq təcrübəsinə əsasən, ağır cinayətlərdə, xüsusən də ağır qətllərin sayında artım baş verib. Ən acınacaqlı hal odur ki, bu qətllərin böyük əksəriyyəti ailə münaqişəsi zəminində baş verir. Məsələn, bacı bacını, qardaş bacını, qayınata gəlini, oğul atanı, nəvə nənə və babanı qətlə yetirib. Bu tip cinayətlərdə artımdan sonra keçirilən tədbirlərlə bağlı dünya təcrübəsində bir qayda var. Sosioloqlar, psixoloqlar və hüquq mühafizə orqanlarının əməkdaşları bir araya gələrək artımın daha çox hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalar və təhlillər aparmaqla ortaq məxrəcə gəlirlər”. Psixoloq Elnur Rüstəmov isə “Report”a açıqlamasında bildirib ki, bu kimi hadisələrin baş verməsinin əsas səbəblərindən biri də psixi sağlamlığın pozulmasıdır: “Son baş verən hadisə bir daha onu göstərdi ki, insanlar özlərinin psixoloji durumunun qayğısına qalmalıdırlar. Ailələr bu sahədə xüsusən diqqətli və təşkilatçı olmalıdırlar. Əgər bir insan fiziki cəhətdən sağlamdırsa, psixoloji cəhətdən də sağlam olmalıdır. Amma son zamanlar müşahidə olunan odur ki, fiziki sağlamlıqdan daha çox psixi sağlamlıq öndə olmalıdır. Cinayət törədənlərin əksəriyyətinin fiziki cəhətdən sağlamlıq problemləri yoxdur. Onların əsasən psixoloji cəhətdən problemləri var. Ailələr ailə daxilində baş verən narahatçılığı çox zaman diqqətə almırlar, gözləyirlər və zamanın axarına buraxırlar “zamanla düzələr” deyirlər. Bəzən bu “düzəlmə” prosesi elə cinayət tərkibli bir hadisənin baş verməsindən sonra olur. Bu isə düzəlmək sayılmır”. Elnur Rüstəmov qeyd edib ki, əksər hallarda qız uşaqlarının çox olduğu ailələrdə əxlaq kodeksi daha ciddi olur. Ailə bir şeyi nəzərə almalı idi ki, o üç qız uşağını böyüdür. Söhbət ailə modelindən gedir ki, bu üç qız, ata və anadan ibarətdir. Bu tip ailədə əxlaq kodeksini ailə başçıları, xüsusilə analar həyata keçirməlidir. Böyük ehtimalla qətli törədən qız bacısı ilə münasibətdə hansısa bir münaqişə yaşayıb. Psixoloji durumu elə bir səviyyədə olub ki, o öz hərəkət və davranışlarına nəzarət edə bilməyib. Nəticədə, bu cinayət hadisəsi baş verib. Ailə başçıları gərək öz övladlarının, ümumilikdə ailə üzvlərinin psixoloji sağlamlığına və psixoloji durumlarına diqqət yetirsinlər
Əlbəttə ki, qanun hamı üçün qanundur. Yəqin ki, istintaq yekunlaşan kimi nəticəsindən asıllı olaraq Pərvanə Nuriyeva cəzalandırılacaq və azadlıqdan məhrum olunacaq. Azərbaycan dövlətinin qanunları öz yerində. Gələcəkdə cəza çəkəcək həbsxananın başqa cür və sərt qanunları var. Ola bilər ki,bacı qatili hələ şokdadır və heç nə anlamır öz xəyallarındadır.O. həbsxana həyatın görən bir adam kimi deyə bilərəm ki, Pərvanəni qarşıda yəni həbsxanada çox ağır günlər gözləyir. Çünkü cəza çəkən məhkumlar qızı hələ çox sorğu suala tutacaqlar və ona türmədə ayrıca məhkəmə qurulacaq. Ümumiyyətlə həbsxanada səbəblərdən asıllı olmayaraq doğmasıni öldürənə yaxşı baxmırlar,hörmət etmirlər və “nakazat” edirlər. Əlbəttə ki, gənc qızın həbsxanaya düşməsini istəməzdik. Ancaq qanun-qanundur.Mövzuya qayıdacağıq.
Qeyd: Qəzetimiz çapa hazırlanarkən əldə etyimiz məlumata görə, Pərvanə Nuriyeva böyük bacısı Güneli onu istəyən oğlana qısqandığı üçün qətlə yetirib.


Elman Maliyev

Yenilənmişdir Bazar, 02 Noyabr 2014 19:21
каталог фаберлик на сайте faberllena.ru
народная медицина