DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


SARAY QƏSƏBƏSİNDƏ YERLƏŞƏN KAFE-BAR KİMƏ MƏXSUSDUR?

ƏRƏB ŞEYXİNƏ SATILAN QIZ: “MƏN BURADA QAZANDIĞIM PULLARDAN ÖZÜMƏ TƏZƏ MƏNZIL ALMIŞAM”

GECƏ BARLARINA MÜŞTƏTİLƏRİN ÇOXU RAYONLARDAN PAYTAXTA ÜZ TUTAN GƏNCLƏRDİR

Qəzetimizin ötən sayında “Xırdalan kruqu” adlanan ərazidə yerləşən əxlaqsız yuvası olan kafedən yazmışdım və qeydləriminin davamının bu sayda olacağını qeyd etmişdim. Bu yazıda isə Bakı-Sumqayıt magistralında, Saray qəsəbəsində yerləşən qadınların “can-alveri” ilə məşğul olduqları kafedə və Nizami rayonu Fəhlə prospektində yerləşən “Lion” kafe-barında şahdi olduqlarımdan danışmaq istəyirəm. Saraydakı kafeyə daxil olanda tamamilə başqa bir mənzərinin şahidi oldum. Həmin kafe-bar əsil şadlıq sarayına bənzəyirdi və içəridə sahman hökm sürürdü. Buranın müştəriləri arasında daha bahalı paltar geyinən və qalustuklular daha çox idi. Burada “kliyentləri” yola salan qadınlar da daha gözəl və mədəni geyinmişdilər. Məlum oldu ki, onlar müştərilərdən daha çox pullar müqabilində, kafenin yaxınlığındakı otel və saunada “xidmət” göstərirlər. Kafedə olduğum müddətdə maraqlı faktların şahidi oldum. İlk müsahibımlə söhbət əsnasında məlum oldu ki, Saranın 26- yaşı var. Bir ilə yaxındır ki, burada “can alveri” ilə məşğuldur. Deyir ki, 18 yaşında “qadın alverçiləri “ tərəfindən aldadılaraq Birləşmiş Ərəb Əmirliklərinə işləmək adı ilə aparılıb və ərəb şeyxlərindən birinə satıblar. Qadın zorakarılığına məruz qalan Sara 4 il əmirə qulluqçuluq edib və onu satanlar isə külli miqdarda pul qazanıblar. Sara ilə söhbət zamanı bildirdi ki, 10 yaşında atasını itirib və anası onu çöx əziyyətlə böyüdüb. Deyir ki, anası onu BƏƏ-dən gətirmək üçün dövlət qurumlarına , deputatlara müraciət edib. Milli Məclisin üzvlərindən biri onu Bakıya qayıtmasına kömək edib.O qeyd etdi ki, Bakıya qayıdandan sonra bir müddət təzyiqlərə məruz qalıb və işsiz qalıb.
Anası dünyasını dəyişəndən sonra isə burada yenidən “can alveri”nə başlayıb. Saranın sözlərinə görə, bir” kleyent”dən 80-100 manat pul alır, dolanışığı pis deyil və Bakı şəhərində təzə binalardan özünə mənzil alıb. Etiraf etdi ki, onu başqa yerdə işə götürsələr buradan canını qurtarardı.Digər qızlarla da söhbət edərkən məlum oldu ki, onlar iş tapmadıqları üçün bu yolu seçməyə məcbur olublar. Onlrın arasında ali məktəbi bitirənlər, müxtəlif dövlət qurumlarından məcburi ixtisara salınan qızlar da var idi. “Can alverçi”ləri bildirdilər ki, onların “kliyentlər”i arasında imkanlı iş adamları, firma sahibləri, biznesmenlərlə yanaşı hüquq–mühafizə orqanlarında çalışanlarda olurlar. Məlum oldu ki, kafedə “xidmət” edən qızların çoxu 16- 18 yaşları olanda iş adı ilə aldadılaraq qadın alverçiləri tərəfindən xarici ölkələrə aparılan qızlardırlar. Kafe-barın yerləçdiyi ərazi bir dövlət məmuruna məxsusdur. Oradan çıxanda kafenin qarşısında bahalı, müxtəlif və xarici markalı avtomobillərin saxladığının şahidi oldum.

“LİON”DA QAZANILAN PULLAR HARA GEDİR?

Fəhlə prospektində yerləşən “Lion” barına daxil olanda musiqinin qulaqbatırıcı səsindən heç nə eşidilmirdı. İçəridə siqarət və yaşında çöhrəsində kobudluq olan qadın yarı-çılpaq vəziyyətdə olan qızları növbə ilə kleyentlərə yola salandan sonra qazandıqları pulları onlardan alırdı. Kafenin işciləri müştərilərə çox bahalı xidmət göstərirdilər. Hər pivə bakalını 2 manata, 1 litirlik “Koka-kola “nı 1man 50 qəpiyə, dəmir qablardakı şirəni 5 manata , bir balaca boşqab saçaqlı pendiri 2 manata satir və orada istifadə etmək üçün sulu qəlyandan isə 7 və yaxud 10 manat alırdılar. Kafeyə gələn müştərilərə 25- 30 yaşlarında qızlar ”xidmət” göstərib tez –tez yola salırdılar. Müasir dəblə, yəni əsasən qara rəngli paltar geyinən qızların, demık olar ki, hamısı qızıl üzük, sırğa , qol və boyun bağları taxmışdılar. Müştəriləri özlərinə yaxşı cəlb edir və 1 saat ərzində 5 müştərini yola salırdılar. Kafenin zalında əyləşdiyim zaman orta boylu , xoş çöhrəli bir qız
mənə yaxınlaşdı. Məndən “Mən Sizə nə qulluq göstərim ? “ soruşdu və məni söhbətə tutdu:
- Adım Aynurdur, Şəki şəhərindənəm və 29 yaşım var.
- Ailəlisiniz ?
- Aıləlı olmuşam, boşanmışam, 3 yaşlı qızım var, o, hal-hazırda Şəkidə anamın yanındadır.
- Bakıda harada yaşayırsan, özünün evı varmı ?
- Yox, kirayədə yaşayıram və 1 aya 100 manat kirayə haqqi verirəm.
- Bəs, pul Sızə çatırmı və bu yolu seçməkdə peşıman deylsən ki ?
- Niyə də peşıman olum, 4 ildir buradayam, üst-başımı qızılla doldurmuşam, Şəkidə ev tikmək üçün 3 sot torpaq almışam. Anamı da , qızımı da mən dolandırıram. Kim nə deyirsə desin, iş yoxdu deyə acından öləcəyəm? Burada işləmək mənə xoşdur. Nəyi pisdir, yeməyim var, içməyim var, müştərilərımın də ki, canları sağ olsun, mənim xidmətimi qiymətləndirirlər.
- Müştəridən nə qədər pul alırsan və ondan sənə qədər çatır.?
- Baxır müştəriyə, qiymət 30-60 manat arası olur. Həmin puldan mənə kifayət qədər çatır.
- Birdən ağır xəstəliyə tutuldun və sən də bu xəstəliyi yaydın, onda nə çıxış yolu tapardın?
-Mən də, rəfiqələrim də belə şeylərə çox diqqətliyik, özümüzü və müştərini
qorumağa bacarırıq.
“ Lion”nun müştəriləri əsasən tikinti və ağır istehsalat sahələrində işləyən, min əziyyətlə pul qazanan gənclərdir. Çox-çox təəssüflər olsun kı, “can alverçi”ləri qazanclarını alıb yola salırlar. Düşmənlərimizin yaxşı bir kəlamı var: ”Müsəlmanın sonrakı ağlı məndə olsaydı...”
Getdiyim kafe-barlardakı vəziyyəti görəndən sonra bir daha belə qənaətə gəldim ki,
həqiqətən Azərbaycanda “can alverçilərin” də monopoliyası var. Buna görədir ki, kafe-barlarda “əxlaqsızlıq “ daha da çiçəklənir və inkişaf edir.
Əziz oxucu, elə başa düşməyin ki, mən bu yazılarla əxlaqsızlığı və yaxud fahişəliyi təbliğ edirəm. Əslində , belə deyil. Bütün bunlar ağır fəsadlar yaradır. Araşdırmalarımızdan məlum olur ki, kafe-barlarda “can satan “ qadınlar cəmiyyətə çoxlu problemlər yaradırlar.Belə ki, barlarda müştərilərə xidmət edən “əxlaqsız” qadınların heç də hamısı işsizlikdən və yaxud ehtiyacdan “bu peşə” ilə məşğul olmurlar. Kafe-barlarda apardığımız müşahidələrdən məlum olur ki, onların əksəriyyəti rahat yaşamaq , faydalı əməklə məşğul olmaq və yaxud əziyyət çəkmək istəməyənlərdir. Fahişəliklə məşğul olan qadın və qızlar eyni zamahda sağalmaz xəstəliklərlə yaymaqla və aılələr dağıtmaqla məşğuldurlar. Araşdırmalar zamanı məlum oldu ki, gecə barların”xidmət”lərindən əsasən rayonlardan paytaxta gəlib işləyən gənclər istifadə edirlər. Onların əksəriyyəti rayonda ailələri qoyub gələnlər olurlar. Qazandıları pulları barlardakı “vahişə”lərə xərcləyən belələrin ailələri dağılır və övladlarını bədbəxt edirlər. Kafe-barlarda onların hesabına çoxlu pullar qazanan “can alverçi”ləri isə qızıl və qadın alveri ilə məşğul olurlar.
Bu movzunun davamı olacaq.

Elman Maliyev

каталог фаберлик на сайте faberllena.ru
народная медицина