DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


ŞƏRLƏNMİŞ İŞ ADAMI AZADLIĞA BURAXILDI

HACIBƏY İBRAHİMOV AZƏRBAYCANDA ILK FERMER TƏSƏRRÜFATI YARADANLARDAN OLUB

Bir neçə gün əvvəl Zaqatalalı sahibkar Hacıbəy İbrahimov cəza çəkdiyi ƏN PX-nin 2 saylı cəzacəkmə müəssisəindən azadlığa buraxılıb. O, məhkəmənin hökmü ilə barəsındə çıxarmış olduğu 6 illik cəsının sonuna qədər həbsdə olub. Məşhur iş adamı, daha iki nəfər Zaqatala rayon sakinləri olan Hacı Kaltayev və Nəbi Sulxayev “milli zəmində təxribat xarakterli vərəqələr paylamaqda” ittiham olunmuşdular. Ağır Cinayətlərə Dair İşlər Uzrə Məhkəməsinin hökmü ilə Hacıbəy İbrahimov 6 il, H.Kaltayev və N.Sulxayev isə 5 il müddətlərinə azadlıqdan məhrum edilmişdılər.Qeyd edək kı, istintaq zamanı işgəncələrə məruz qalan təqsirləndirilən Nacı Kaltayev hökmdən 2 ay sonra cəza çəkdiyi ƏN PX-nin13 saylı cəzaçəkmə müəssısəsində dünyasın dəyişmişdi. Həbi Sulxayev ƏN PX-nin12 saylı CÇM-də cəzanı sona kımı çəkmiş və 2013-cü ildə azadlığa buraxılmışdır.
Məlumat üçün bıldirək kı, Hacıbəy İbrahimov respublikamızda tanınmış iş adamı olub. Azərbaycanda ilk dafə olaraq , tütünçülük, heyvandarlıq , fındıqçılıq və quşçuluq sahəsində fermer təsərrüfatları yaradıb. Həmin fermer təsərrüfatlarında yüzlərlə rayon sakin çalışıb və ölkə
Iqtisadiyatının inkişafına böyük kömək edıb. Sahibkar eyni zamayda Zaqatala –Şəki zonasında turizmin inkişaf etdirmək məqsədi ilə Zaqatala rayonun səfalı dağ kəndi olan Carda “Ləzzət” İstirahət Mərkəzi yaradıb. Qısa müddət ərzində bu istirahət mərkəzi fəaliyyəti ilə məşhurlaşıb.
Bəzi qüvvələr “Ləzzət”i onun əlindən almaq istəyiblər.Lakin sahibkar onu satdırmaqdan imtina edib və sona qədər mübarizə aparıblar. Sonradan onu və onun iki işçisini saxta ittihamla həbs olunublar.
H.İbrahimov cəza çəkdiyi müddətdə “Ləzzət” İstirahət Mərkəzinı onun oğlu işlədib. İş adamının müəyyən müddətdən sonra yenidən sanibkarlıqla məşğul olacağını bildirib.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина