DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


RASİM MUSABƏYOV VƏ MƏKRİ-ZƏNƏN

metanetMətanət Əliyeva

Eşitdiyim bir fakt məni şoka saldı və fikirləşdim ki, daha yazmağın mənası yoxdur. Faktı yazmayacam. Bu fakt məndə əminlik yaratdı ki, məmurlarımız son həddə qədər kriminallaşıblar, tamahkarlıq gözlərini tamam bağlayıb, ağıllarını elə itiriblər ki, əməllərinin nəticəsini dərk edə bilmirlər. Faciəvi nəticə uzaqda deyil. Vətəndaşlara ancaq oturub son nəticəni gözləmək qalır. Mən yazmağı sevdiyim üçün yenə yazmaqda davam edəcəm, əsasən başqa sahədə fəaliyyətimi davam etdirəcəm. Çoxdandır müstəqillik illərindən bəri ölkəmizdə baş verən ictimai-siyasi vəziyyət barədə ssenari yazmaq istəyirəm. 1990-cı ildən bəri hadisələrin içərisində olmuşam. Məqsədim hadisələrin xronologiyasını yazmaq deyil. Lazım olanları ümumiləşdirmişəm. Mükəmməl ssenari yazmaq üçün ssenari kursuna yazılmışam. Ssenarini yazandan sonra onun taleyinin necə olacağını bilmirəm. Nə vaxtsa pulum olarsa, o ssenari əsasında film çəkdirərəm. Yaxud ssenari kiminsə xoşuna gələ bilər, onun əsasında film çəkər. Ssenari hazır olanda onu saytımda dərc edəcəyəm. Hazırda maraqlı ssenarilərə ehtiyac var. Bu baxımdan oxucuların nəzərinə çatdırım ki, ssenari yazmağı öyrənmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər: Əlövsət Quliyev küçəsi, 131. Telefon: 070-431-21-51 (Bakı film institutu)

Mən yuxarıda yazdım ki, vətəndaşlara oturub gözləmək qalır ki, nə vaxt məmurlarımız öz tamahlarının qurbanı olacaqlar. Bu, əslində düzgün fikir deyil, ona oxşayır ki, vətəndaş oturub gözləyir ki, Allah nə vaxt haqsızın cəzasını verəcək. Allahın cəzası qaçılmazdır, amma vətəndaş da hərəkət etməlidir. Məsələn, jurnalist vicdanla yazmalıdır, sahibkar obyektini qorumaq üçün qanun çərçivəsində bütün vasitələrdən istifadə etməlidir (qanunlar işləməsə belə). Müəllim tələbəyə vicdanla bilik verməlidir, həkim vicdanla xəstəni müalicə etməlidir. Yeri gəlmişkən, təhsil və səhiyyəmiz 100 faiz kriminallaşsa da (korrupsiya ən ağır kriminaldır), bu sahədə vicdanla çalışan müəllim və həkimlər var. Sözsüz ki, indiki şəraitdə işləmək onlara çətindir, çirkin mühit onları sıxır, belə vəziyyətdə insanlığı qoruyub saxlamaq çətindir, amma gələcək onlarındır. Əclaflar cəzalarını aldığı kimi, onlar da mükafatlarını alacaqlar. Televiziya kanallarımızdan başqa cür təklif verənlər də var. Politoloq Rasim Musabəyov deyir ki, şəraiti dəyişə bilmirsənsə, özün dəyiş. Şəxsən mən bunu belə başa düşdüm ki, məsələn, görürsən ki, mühit kriminallaşıb, sən də rüşvət al, oğurluq et, yalan danış, yaltaqlıq, satqınlıq et. Mən o adamlarla da razı deyiləm ki, deyirlər haram pulu yemək olur. Çox sadə bir misal deyim. Kişi oğurluqla milyonlar qazanır. Bunu əxlaqsız qadınlar görürlər. Əxlaqsız qadın həyatda qarşısına bir məqsəd qoyur- pullu kişini ələ keçirib onun hesabına firavan yaşamaq. Qadınlar qarşılarına məqsəd qoysalar, istənilən kişini yoldan çıxara bilərlər. Nahaq yerə demirlər ki, Allah insanı şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən qorusun. Əxlaqsız qadın bu pullu kişini yoldan çıxarır, ailə dağılır, uşaqlar nəzarətsiz qalıb pis yola düşür, kişi başa düşəndə ki, pozğunun toruna düşüb artıq gec olur. Deməli, haram pul faciə gətirdi. O ki qaldı halal yolla pul qazanmağa, əvvəla, halal yolla çox böyük pullar qazanmaq mümkün deyil. Deyirlər ki, böyük pulların arxasında böyük cinayətlər dayanır. İkincisi də, halal pul qazanan adam qazandığının qədrini bilir.

 İstənilən insanın haqsızlıq qarşısında aciz qalması çox çətindir. Vətəndaşlarımızın üzünə baxsanız hər anda bunun əlamətlərini görərsiniz. Hamı əsəbi, qəzəblidir. 5-10 quldur 10 milyon insanın əsəbləri ilə oynayır, bütün qanunları ayaqlayır, gözü doymur. Haqsızlıqdan bezən bir qrup insan sakitləşmək üçün araq içir, siqaret şəkir, bəziləri özünü öldürür, kiminin ürəyi partlayır, bəziləri başqasını öldürür, imkanı çatana pislik edir. Haqsızlıqla üz-üzə gələndə məni iki şey sakitləşdirir - yazmaq və torpaqda işləmək. Bu iki işlə məşğul olanda ancaq gözəl şeylər haqqında fikirləşirəm. Bunlar haqqında fikirləşmək də mənə ləzzət edir.

Mən öz oxucularıma təşəkkür edirəm. İnanıram ki, onlar da mənim kimi haqsızlıqla barışmaq, şəraitə uyğunlaşmaq istəmirlər. Oxucularımın kim olması, onların mənim yazılarım haqqında nə fikirləşməsi  mənim üçün çox maraqlıdır. Ona görə də xahiş edirəm oxucularım öz fikirlərini mənə yazsınlar.
Əlaqə üçün: metanet.eliyeva.impuls
@gmail.com

Yenilənmişdir Cümə axşamı, 11 Yanvar 2018 05:52
каталог фаберлик на сайте faberllena.ru
народная медицина