DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


BAKI VENETSİYA OLMAĞA HAZIRLAŞIR

metanetMƏTANƏT ƏLİYEVA

Aran bölgəsində bu il quraqlıq keçsə də, Bakının suyun altında qalması gözlənilir. Bakının ətraf kəndlərində qrunt suları gölməçələr yaradıb, yollar, evlər suyun içidə qalıb. Bu ərazilərdə əsasən kasıblar yaşadığından hökumət səviyyəsində suyu qurutmaq üçün heç bir iş görülmür. Bu suları qurutmaq üçün yəqin ki, ilk növbədə kanalizasiya xətləri çəkilməlidir. Yayın qızmar istilərində də bu gölməçələr qurumasa, Bakının Venetsiyaya çevrilmək şansı var. İtaliyanın Venetsiya şəhərində evlər, hündür binalar suyun içidə qalıb. Bir binadan o biri binaya sakinlər qayıqlar vasitəsilə gedirlər. Bütün dünyadan turistlər bu mənzərəni görmək üçün Venetsiyaya axışırlar. Mənə də bu mənzərəni görmək nəsib olub və hər dəfə bu mənzərəni xatırlayanda halım pisləşir. Məsələ ondadır ki, mənim revmatizmam var, nəmişlik yerdə sümüklərim ağrıyır, nəfəsim çatmır. Ona görə də Venetsiyada elə bilirdim cəhənnəmin qır qazanındayam. Məndən fərqli olaraq digər turistlər özlərini xoşbəxt hiss edirdilər. Gürcüstandan gəlmiş bir qadın qayıqda sevincindən ağladı, dedi ki, Venetsiyanı görmək onun çoxdankı arzusu olub. Bakıda plansız, qarmaqarışıq, bir-birinə yapışan binaların sayı artdıqca, şəhərin çökməsi, gölməçələrin dərinləşməsi prosesi davam edə bilər və beləliklə, ölkəmizin turizm imkanları genişlənə bilər. Bakı ətrafındakı kəndlərdə kanalizasiya xətləri düzəltmək əvəzinə indi də “Xruşşovka”ları söküb yerində göydələnlər tikmək məsələsini ortaya atıblar. Bakıdakı yeni binaların 70 faizində yaşayış olmadığı halda mənzillərin qiymətini fantastik dərəcədə yüksək saxlamaq (orta aylıq əməkhaqqı 2 min dollar olan Avropa ölkələrinin paytaxtlarında mənzillər bizdəkindən ucuzdur) və əlavə binalar tikməyin səbəbini mən başa düşə bilmirəm. Nə vaxtsa bunun səbəbi bilinəcək və məlum olacaq ki, bunun arxasında korrupsiya faktları dayanır. Bakıdakı tikintilərdə fəhlə işləyənlər əsasən rayonlardan gələnlərdir. Bizim binanın arxasındakı küçədə bir neçə aydır binanın divarlarını qaşıyır, balkonları söküb təzədən tikirlər. Bu tikintidə işləyən, üst-başı toz-torpağın içərisində olan bir fəhlə mağazadan günorta yeməyi alırdı. İki sosiska, bir qab dovğa, bir ədəd çörək götürdü. Əmək haqqını soruşdum, dedi günə 20 manat alır. Hesabladım ki, bu fəhlə 30 gün istirahətsiz işləsə, 600 manat pul alacaq. Gündə 3 dəfə yemək, yol pulu, kirayə mənzilin pulu, sabun və sair vacib şeyləri alandan sonra o, evinə ayda 100 manat pul göndərə bilər. Fəhlələr əsasən gənclərdir, aylarla ailələrinin yanına gedə bilmirlər deyə qazanclarından 5-3 manat da əxlaqsız qadınlara verəndə 100 manatı da göndərə bilmirlər. Olmaz ki, Bakıdakı bu tikintiləri dayandırıb pulu rayonlara buraxsınlar, insanlar da rahat evlərində, ailələrinin yanında yaşayıb işləsinlər? Bakıda fəhlə işləyən bəzən 5 kişi bir otaqda kirayədə qalır, yuyunmağa şərait olmadığından çirkli paltarda, toz-torpağın içərisində yatırlar. Halbuki həmin adamların rayonlarda sovet dövründə tikilmiş böyük evləri, hamamları var. 

Ölkədə oğurluq və narkomaniya günü-gündən artır. Narkomaniyanın artması eyni zamanda oğurluğun artması deməkdir, çünki narkomanlar tələbatlarını ödəmək üçün ilk növbədə oğurluğa əl atırlar. Ötən ay Hacıqabulda mənim iki qohumumun evini çapıblar. Qohumlarım narkomanlardan şübhələnirlər. Polis narkotik satanları guya tuta bilmir və çalışır ki, cinayət faktlarını qeydə almasın.  Bir neçə gün əvvəl Hacıqabulun polis rəisini təqaüdə göndərdilər. Təzə gələn rəis rayonun narkotik alverçilərindən birini tutub. Vətəndaşlar polislərə inanmırlar. Hesab edirlər ki, rüşvət verib polisə işə düzələn adam cinayət açmaq üçün gəlmir, pul qazanmaq üçün gəlir. Bir nəfər gənc deyir ki, vaxtilə polis zabiti olan atası görəndə ki, məmurlar yalan danışırlar, onların üzünə tüpürür, sonra televizoru söndürür.  Özəl şirkət açanlar işçiləri rüşvətsiz işə götürürlər, əziyyətlə qazandıqları puldan işçiyə yüksək maaş verirlər, məmurlar isə dövlətdən maaş alan əməkdaşları işə rüşvətlə götürürlər. Adama deyərlər, iş yerləri atandan qalıb? Bəlkə erməniləri söymək əvəzinə bu məmurları söyək? Ermənilərin heç bir təbii sərvətləri olmadığı halda onlar heç də bizdən yoxsul yaşamırlar. Ərzaqların qiyməti də gündən-günə qalxır. Mənə belə gəlir ki, əhalinin 80 faizi bayram süfrəsi aça bilməyəcək. Ac qalmamaq üçün yeganə yol rayonlara qayıdıb torpağı əkib-becərməkdir. Torpaq bizi ac qoymaz. Bayramınız mübarək!  

каталог фаберлик на сайте faberllena.ru
народная медицина