DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


HAMI YAZIR, AMMA BİR HƏDƏFƏ VURMAQ YOXDUR

metanetMƏTANƏT ƏLİYEVA  

Yaradıcı adama mütləq stimul lazımdır. Stimul olmayanda daxili boşluq, laqeydlik yaranır və yazıb yaratmaq olmur. Ölkəmizdə hazırda yazanlar çoxdur. Biri sifariş yerinə yetirir, biri kimdənsə pul qoparmaq üçün şantaj yazır, biri dilənçilik etmək üçün mədhnamə yazır, biri qonarar almaq üçün səhifə doldurur, biri özünü reklam etmək üçün yazır, biri büdcə pullarından yemək üçün yazır və sair. Mənə yazmaq üçün ən çox haqsızlığa, mənəviyyatsızlığa, yalana nifrət stimul verir. Oxucularımın az olması məni narahat etmir. Təvəzökarlıqdan uzaq da olsa, bir misal gətirmək istəyirəm. Məsələn, dahi italyan rejissoru Federiko Fellininin filmlərinə Azərbaycanda ən çoxu min adam baxa bilər. Amma türk seriallarına baxanların sayı milyonlarladır. Əlbəttə ki mən azsaylı tamaşaçını seçib Fellini olmaq istərdim. Felinini başa düşmək üçün, Nəsimi demişkən, kamil insan olmaq, mənəviyyat sahibi olmaq lazımdır. Dahi Nizaminin əsərləri də bu ruhda yazılıb. Dahilərin yaratdıqları əsərlər şüurları dəyişib, illər keçdikçə insanların mədəni səviyyəsi yüksəlib, 200 il bundan əvvəl insanların kütləvi şəkildə törətdikləri vəhşi zorakılıqlar indi, demək olar ki, minimum səviyyəyə enib. Təəssüf ki, hələ də tamahına yiyəlik edə bilməyənlər, gözü doymayanlar var, həm ölkəmizdə, həm də dünyada.  Mən insanları milliyətinə görə qiymətləndirməyin əleyhinəyəm. İnsanı insanlığına görə qiymətləndirmək lazımdır. Təəssüf ki, 5-10 nəfərin etdiyi ləyaqətsiz hərəkət bəzən bütün millətin adına yazılır. Məsələn, Hitler alman xalqına ağır zərbə vurdu. Dünyanın ən zəhmətkeş, ən intizamlı millətlərindən olan almanlar hələ də özlərinə gələ bilməyiblər. Hitleri ən çox yəhudiləri kütləvi şəkildə məhv etdiyi üçün ittiham edirlər. Yəhudilər bu faciəni əbədiləşdirmək üçün dayanmadan işləyirlər, bu mövzuda saysız-hesabsız filmlər çəkiblər. Amma yəhudilər heç vaxt demirlər ki, Hitler niyə onlara qarşı belə qəddarlıq edib. Bu faktı açıqlamamaq yəhudiləri bir daha ağır duruma sala bilər. Hazırda dünyada baş verən bütün dağıntılar, müharibələr, günahsız insanların ölümü yəhudilərin adına yazılır. Homoseksualların, terrorçuların, hər cür əxlaqsızların yəhudilər tərəfindən idarə olunduğu deyilir. Maraqlıdır ki, dünyanın ən zəngin adamlarının əksəriyyəti yəhudilərdir. SSRİ dağılandan sonra onun sərvətlərinin əsasən yəhudilərin əlinə keçməsi göstərir ki, onlar pulu halal yolla qazanmırlar. Bir dəfə ABŞ səfiri En Dörs məni evinə ziyafətə dəvət edərkən orada gənc qız və oğlan mənə yaxınlaşaraq dost olmaq istədiklərini bildirdilər və yəhudilər haqqında mənə sual verdilər. Təbbi ki mən fikrimi açıq bildirdim, dedim ki, yəhudilərin öz günahından növbəti dəfə onlara qarşı kütləvi qırğın törədilə bilər. Mən bunları deyərkən özümün analitik təfəkkürümə, qeyri-adi informasiyalara malik olmağıma əsaslanmırdım. Mən ilahi ədalət qanununa əsaslanırdım. Yüz faiz əminəm ki, insanın etdiyi yaxşı əməl də, pis əməl də mütləq özünə qayıdır. Bu baxımdan vicdanlı yəhudi ziyalıları uzaqgörənlik etməli, yəhudi xalqını növbəti bəladan xilas etməlidirlər.  

Əsas fikrimdən çox uzaqlaşdım. Son vaxtlar nədənsə laqeydləşmişəm. Haqsızlıqları nə görmək, nə də o haqda yazmaq istəmirəm. Yəqin bu baharın gəlişilə əlaqədardır. Novruz bayramı mənim üçün şəkərbura, plov bişirib yemək deyil. Mənim üçün bayram yaz günəşinin altında torpaqda işləmək, gül, ağac əkmək, həyət bacanı təmizləmək, təbiətin oyanmasına tamaşa etməkdir. Torpaqda işləmək mənə yazmaqdan da böyük xoşbəxtlik bəxş edir. Laqeydliyimin digər səbəbi də yəqin Mehriban Əliyevanın vitse-prezident seçilməsi ilə əlaqədardır. Bu yenilik çoxlarına ümid verir. Mehriban xanımın xalq üçün çox mühüm bir iş görəcəyini çoxları gözləyir. Xalq üçün görəcəyi bütün işlərdə ona uğurlar arzulayıram. Bir kiçik iş də var ki, onun həyata keçməsi məhz Mehriban Əliyevadan asılıdır. Hazırda ən ağır vəziyyət ölkənin Aran zonasındadır. Yayda istidən ilan mələyən bu torpaqlarda susuzluq üzündən nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkün deyil. Əhalinin başqa məşğuliyyəti olmadığından yoxsulluq və bekarçılıqdan doğan ruh düşkünlüyü əhalini yaşamaqdan bezdirib. Nəhayət ki, məndə olan məlumata əsasən, Hacıqabula Kürdən suvarma kanalı çəkilir. (Digər Aran rayonlarından xəbərim yoxdur.) Yenə də deyilənlərə görə, Hacıqabul torpaqlarından 35 min hektarı Gilan holdinqə verilib. Bu istiqamətdəki torpaqları sulamaq üçün dövlət 7 milyon manat pul ayırıb. Digər istiqamətlərdəki torpaqlar Ağsuya kimi Paşa holdinqə verirlib. (Bu haqda rəsmi məlumat olmadığı üçün əhali arasında gedən söhbətlərə istinad edirəm.) Deyilənə görə, bu torpaqların su problemini Paşa holdinq özü həll edəcək. Əhalinin ciddi narazılığı yoxdur. Tarixən dəfələrlə torpaqları kəndlilərə paylayıblar, sonradan məlum olub ki, kiçik torpaqları əkib-becərməklə məhsuldarlıq əldə etmək mümkün deyil. Ona görə də torpaqlar yenidən müxtəlif formalarda birləşdirilib. Məntiqlə yanaşsaq, hər adamda idarəçilik, təşkilatçılq qabiliyyəti yoxdur, onlara kiminsə torpağında işləyib əməkhaqqı almaq daha rahatdır. Məsələ ondadır ki, Hacıqabul rayonunda 10-20 hektar və daha artıq hektarlarla torpağı olan yerli sakinlər də var. Onlardan biri də bizim ailədir. İllərlə oturub su gözləmişik ki, təsərrüfatımızı bir tərəfə çıxaraq. Torpaq sahəsi olan yerli sakinlər oturub fikirləşirlər ki, görəsən, o sudan bizə verəcəklər ya yox. Verməsələr nə edə bilərik? Əlbəttə ki heç nə. Yerli əhaliyə su verilməsə, torpaqlar da monopolistlərin əlində olacaq. Qiymətləri onlar diqtə edəcəklər, bahalaşma davam edəcək. Bizim millətin bir bəlası, həm də əsas bəlası ondadır ki, hərə öz problemini özü, ayrılıqda həll etmək istəyir. Mən deyəndə ki, dövlətin köməyi olmadan hər adam ayrılıqda öz problemini həll edə bilməyəcək, problem dövlət səviyyəsində ümumilikdə həll edilməlidir, bu sözümə görə mənə nifrət edir, qəzəblə məni parçalamaq istəyirlər.  

Jurnalistlərimiz də eynilə belədir. Hərə bir məqsədlə yazır. Bir məqsədlə hədəfə vurmaq yoxdur. Bu ilin isə əvvəlki illərdən gərgin keçəcəyi gözlənilir. Novruz bayramına az qalıb, Aran zonasında bir dəfə də olsun möhkəm yağış yağmayıb. Keçən il bu vaxt yamyaşıl olan çöllər hazırda bombozdur. Bayrama qədər yağmasa ümidini yağışa bağlayan əhalini aclıq gözləyir. Heyvan-qara, əkinlər susuzluqdan məhv olacaq. Bəs gələn il bizi nə gözləyir? Yerli əhaliyə su veriləcəkmi? Sualın cavabı rayon əhalisinin gələcəyini müəyyən edəcək.

Yenilənmişdir Cümə axşamı, 09 Mart 2017 19:47
каталог фаберлик на сайте faberllena.ru
народная медицина