DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


TANAP LAYİHƏSİ MƏNİ MƏYUS EDİR

metanetMƏTANƏT ƏLİYEVA

TANAP layihəsi reallaşmaq üzrədir. Bu layihəyə əsasən, Şahdəniz yatağından hasil edilən Azərbaycan qazı Gürcüstandan keçməklə Türkiyəyə, oradan Avropaya nəql olunacaq. TANAP layihəsində SOCAR-ın iştirak payı 58 faiz, BP (Böyük Britaniya)-12 faiz, BOTAŞ (Türkiyə)-30 faizdir. Əhalinin neçə faizinin bu hadisəyə sevindiyini deyə bilmərəm, bu layihə məni çox məyus edir. Əvvəla, ona görə ki, neftimizi satıb qurtardıq, amma onun pulundan səmərəli istifadə edə bilmədik. İkincisi də, öz vətəndaşlarımız hələ öz qazımızdan doyunca istifadə edə bilməyiblər. 200 ildən çoxdur Azərbaycanda neft-qaz çıxır, amma əhalinin bir hissəsi hələ də qazın nə olduğunu bilmir, daha doğrusu, kəndlərimizin bir hissəsi hələ də qazlaşdırılmayıb. Bəzi kəndlərimiz yalnız bir neçə il əvvəl qazlaşdırılıb. Ölkənin qazlaşdırılmış ərazilərində də əhali qaz pulunu ödəyə bilmədiyi üçün qazdan normal istifadə edə bilmir. Soyuq aylarda əksər ailələr bir otaqda yaşayıb yalnız o otağı qızdırırlar. Daha kasıb ailələr odun sobasından istifadə edirlər. Qaz verildiyi halda sobada təzək (mal peyini ) yandıranlar da var. Ailələrin çoxu həyətdə əl evi deyilən daxma tikib və soyuq aylarda bütün ailə o daxmada yaşayır. Mən inanmıram ki, qazımızı satandan sonra əhalinin vəziyyəti yaxşılaşacaq. Qazı, nefti bizdən alan Avropa ölkələrinin əhalisi bizim belə səfalət içərisində yaşamağımızın səbəbini bildikləri üçün yəqin ki, bizə ikrah hissi ilə baxırlar, çünki məmurları oğru olan və oğrulara müticəsinə itaət edən, öz hüququnu qoruya bilməyən xalqa heç kim hörmət etməz. Avropa ölkələrində, məsələn, İsveçrənin bütün kəndlərində ilin bütün fəsillərində evlərdə 24 saat isti su olur. Kənd yolları bizim Bakının yollarından daha abad, daha keyfiyyətlidir. İsveçrə hökuməti dağ çaylarından axan sudan 400 süni göl yaradıb və göllər üzərində elektrik stansiyaları qurulub. Alınan enerji əhalini tam təmin edir və isti aylarda artıq enerji xaricə satılır. İsveçrədə prezidenti 2 illiyə seçirlər və əhalinin 99 faizi prezidenti tanımır. Ölkədə qanunlar işləyir, hərə öz işi ilə məşğuldur. Prezidenti ona görə seçirlər ki, beynəlxalq tədbirlərdə ölkəni təmsil etsin. Qonşularımız Gürcüstan və Ermənistan parlament respublikasına keçdiyi halda bizdə prezidentlik müddətini 7 il etdilər. TANAP layihəsi indiki hökumətin ömrünü qazımızı satıb qurtarana kimi uzada bilər. Məmurlarımız neftdən oğurladıqları milyardların üzərinə əlavə milyardlar da toplaya biləcəklər. Ona görə də tələsik qazımızı da dəyərin dəyməzinə bazara çıxarıblar. Qərbpərəst müxalifətə də neft və qazın pulundan qəpik-quruş düşür. Böyük Britaniya, Türkiyə, ABŞ şirkətləri neft və qazımızı su qiymətinə almaq üçün qərbpərəst müxalifət vasitəsilə hökumətə təzyiq edir. Xalqın qəzəbindən qorxan korrupsiyalaşmış hökumət qərb şirkətlərinin diqtəsini qəbul etməyə razı olur. Ona görə də qərbpərəst müxalifət bu gün bu məsələlərdən danışmaq əvəzinə 1920-ci ildə bolşevik ordusunun qarşısında Azərbaycana daxil olub  müstəqil dövlətimizi bolşevik Rusiyasına təhvil verən Osmanlı generallarını müdafiə etmək üçün deputat Araz Əlizadə ilə ölüm-dirim mübarizəsinə qalxıblar. Qarabağ xanı Pənahəli xanın  nəslindən olan, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir “Xatirələrim” əsərində bu faktı qeyd edib ki, bolşevik ordusunu Qarabağa türk generalı gətirdi və təbliğat apardı ki, bolşeviklərin hakimiyyətini qəbul edin.  

Təxminən 20 il bundan qabaq Bakıda birotaqlı mənzili 6 min manata almaq olurdu. Hazırda birotaqlı mənzilin qiyməti 40 min manatdır.  Neftimiz dünya bazarına çıxandan sonra büdcəyə böyük pullar gəlməyə başladı. Büdcə pullarını oğurlayan məmurlar əsasən daşınmaz əmlak almağa başladılar və beləliklə, mənzillərin qiyməti təxminən 10 dəfə qalxdı. Hamı bilir ki, bu qiymət real deyil, korrupsiyanın nəticəsi olaraq süni surətdə şişirdilib. Mətbuatda Rabitə Nazirliyində aparat rəhbəri olmuş Vidadi Zeynalovun daşınmaz əmlakının siyahısı dərc edilib. Onun dəyəri 1 milyarda yaxın olan mənzilləri, evləri, torpaq sahələrindən 43 milyon 489 min manatlıq əmlakının üzərinə həbs qoyulub. Əgər aparat rəhbərinin daşınmaz əmlakı bu qədərdirsə, daha böyük vəzifəli məmurların daşınmaz əmlakı dəfələrlə çoxdur və bu əmlaklar istifadəsiz qalıb. Ötən yazımda qeyd etdiyim kimi, artıq mənzil sahəsinə görə vətəndaşlardan vergi tutulsaydı, Vidadi Zeynalov kimilər daşınmaz əmlaklarına görə dövlət büdcəsinə ildə milyon manatlarla vergi ödəməli olardılar. Nəticədə məmurlar pullarını daşınmaz əmlak şəklində saxlamazdılar və Bakıda birotaqlı mənzil 20 il əvvəl olduğu kimi 6 min manata olardı. Məmurlar hər şeydə şəxsi maraqlarını güdürlər, hətta buna görə sadə insanlar şikəst olsalar belə, onların vecinə deyil.  Bakıda parklara, keçidlərə mərmər döşənməsinin səbəbi də məmurların acgözlüyü ilə bağlıdır. Mərmər və digər tikinti materialları istehsal edən müəssisələr, tikinti şirkətləri məmurlarımıza məxsusdur. Onlar istehsal etdikləri məhsulları dövlət büdcəsi hesabına Bakının təmir-tikintisinə satırlar. Büdcə hesabına nə qədər mərmər satılsa, məmur-sahibkar o qədər qazanacaq. Mərmərin üstündə nə qədər adam yıxılıb şikəst olsa, o da bir o qədər məmurlar üçün sərfəli olacaq. Çünki özəl klinikalar da həmin məmurlara məxsusdur, dövlət  xəstəxanalarından yığılan rüşvətin 70 faizi də həmin məmurlara çatır.

Bu gün şad bir xəbər eşitdim. Fevralın əvvəlindən Hacıqabul rayon mərkəzindəki torpaqları şumlamağa başlayıblar, pambıq əkininə başlayacaqlar. Həmin torpaqlar hansısa məmura icarəyə verilmişdi. Məmurun qoyun sürüləri qışda Qubadan gəlib həmin torpaqlardan otlaq kimi istifadə edirdi. Sürü sahiblərinə göstəriş verilib ki, may ayını gözləmədən torpaqları tərk etsinlər. Kürdən həmin torpaqları sulamaq üçün su xətti çəkiləcək. Hacıqabul sakinlərinin verdiyi məlumata görə, artıq əkin sahələrində işləmək üçün adamlara iş təklif olunur. 

Yenilənmişdir Şənbə, 11 Fevral 2017 18:47
каталог фаберлик на сайте faberllena.ru
народная медицина