DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


XORUZ İLİ VƏ “KOTYOL” MƏTBUATI

metanetMƏTANƏT ƏLİYEVA

24 il əvvəl, 1993-cü il Xoruz ilində ölkəmizdə vəziyyət ağır idi. 1992-ci ildə qərb Türkiyənin əli ilə ölkəmizdə silahlı çevriliş edəndən sonra ölkə daxilindəki silahlı qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar. Qərb çevriliş etdiyi bütün ölkələrdə müxtəlif qruplaşmalara silah verib o ölkələrdə vətəndaş müharibələri törədir. Hakimiyyətə gəlmək istəyən qüvvələr hətta ermənilərlə də sövdələşməyə gedir, Qarabağ torpağından hakimiyyət davasında alət kimi istifadə edirdilər. Cavanları avtobuslardan düşürüb birbaşa döyüş bölgələrinə tökür, bəzi ordu zabitləri hətta gəncləri alver məqsədilə erməni polklarına təhvil verirdilər. Dediyim faktları vaxtilə erməni əsirliyində olmuş Möhlət Mahmudovun mənə verdiyi “6 ay erməni əsirliyində” adlı müsahibə təsdiq edir. Müsahibəni “impulsqazeti.az” saytında oxuya bilərsiniz. Müsahibədən görünür ki, nə erməni, nə də Azərbaycan xalqının müharibə etmək fikri yox idi. Hər iki tərəfdə millətçilər və onları himayə edən xarici qüvvələr iki xalq arasında münaqişəni qızışdırmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Deyirlər ki, tarix təkrar olunur. Qarşıdan yenə də Xoruz ili gəlir. Müxalifət də, iqtidar da deyir ki, yeni ildə vəziyyət daha da pis olacaq. Hökumət adamları müxalifəti ittiham edirlər ki, onlar yalnız tənqid edirlər, amma çıxış yolunu göstərən proqram təklif etmirlər. Mənə elə gəlir ki, çıxış yolu çox sadədir. “Obşiy kotyol” məsələsini qurtarmaq, oğurluğa son qoymaq lazımdır. Büdcədən ayrılan pullar təyinatı üzrə xərclənməlidir. Bu, çox sadə görünsə də, əslində mümkün olan iş deyil. 24 ildir idarəçilik elə qurulub ki, oğurluğa son qoymaq üçün “obşiy kotyol”u (hökuməti) dağıdıb təzədən qurmaq lazımdır. “Kotyol”dan yeyənlərin heç biri buna razı olmazlar. Yeri gəlmişkən, müxalifət partiyalarının çoxu bu “kotyol”dan pay alır. Onlar yalnız paylarının artması üçün hökuməti tənqid edə bilərlər. Mətbuatın da “kotyol”dan payı var. Real oxucusu olmayan gündəlik qəzetlər, ayına yüz min manatlarla pul xərcləyən agentliklər “obşiy kotyol”un hesabına fəaliyyət göstərirlər. Məsələn, yol çəkilişinə, köhhə binaların təmirinə, təbii fəlakətlə mübarizəyə və sair üçün ayrılan pullar “obşiy kotyol”a qayıdır. Oradan bütün havayıyeyənlər, o cümlədən mətbuat da hər ay öz payını götürür. Mətbuata “kotyol”dakından əlavə də KİV-ə dəstək fondu vasitəsilə pul verilir, mənzil verilir, deputat mandatı verilir. Oğurluq pullardan (kotyol) və büdcənin pullarından leqal formada bəhrələnən müəyyən bir qrup var və onlar özlərini mətbuatın generalları hesab edirlər. Mətbuatın generalları da keçmiş MTN-in generallarının gördükləri işlərlə məşğuldurlar. Mətbuatın generalları heç vaxt istəməzlər ki, “kotyol” siyasəti ləğv olunsun, “kotyol”suz onlar bir gün də fəaliyyət göstərə bilməzlər. Mənim kimi jurnalistlər o pullara yaxın düşə bilməzlər. Mən 16 il “İmpuls” qəzetini nəşr edəndə KİV-ə dəstək fondunun pullarından bir qəpik də görmədim və maddi imkansızlıqdan qəzeti bağladım, heç səsimi də çıxartmadım, “kotyol”dan yesəydim heç nə yaza bilməzdim və jurnalist kimi tükənərdim. Son günlər reketlə məşğul olduğu üçün üç qəzetin baş redaktorunu həbs ediblər. “Kotyol” mətbuatı onları tənqid atəşinə tutub. Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün bunları məndən yaxşı bilir. Bilib susduğuna görə ona deputat mandatı da veriblər.

Bir qədər də jurnalistlərə verilən mükafatlar haqqında yazmaq istəyirəm. Mətbuatın problemləri ilə məşğul olan çoxlu sayda təşkilatlar var, onlar da “kotyol”dan qidalanırlar. Bu qeyri-hökumət təşkilatlarının əsas işi jurnalistlərə mükafatlar verməkdir. Dəfələrlə Jurnalistlər Birliyindən redaksiyamıza zəng edib deyirdilər ki, mənə mükafat vermək istəyirlər. Zəng edənlər bir dəfə də olsun “İmpuls” qəzetini oxumamışdılar. Axırda həyat yoldaşım 100 manat verib Zərdabi mükafatını mənim üçün aldı. Çərçivəyə salınmış mükafatı nəvəm oyuncaq kimi oynadıb sındırdı, zibilqabına tulladıq getdi. Azərbaycanda 50 mindən artıq jurnalist var. Hər il 100 nəfərə Zərdabi mükafatı verilsə, 10 min manat pul edir. 100 manat verib mükafat alanlar ondan istifadə etməyi də bacarırlar, reketlik, dilənçilik edəndə titullar işə yarayır. Əslində elə Xalq artisti adı da, Nobel mükafatı da, Oskar mükafatı da bu formada verilir. Minlərlə insanın qətlə yetirildiyi Qarabağ problemini yaradan Qorbaçova Nobel sülh mükafatı verildi.

Digər tərəfdən xalqdan oğurlayıb siyasi partiyaları, QHT-ləri, mətbuatı yemləyən hökuməti qınamaq olmur. Bəzi ziyalılarımızı yemləmək də “kotyol”un boynuna düşür. Mətbuatda gedən məlumatlara əsasən, ABŞ 2017-ci ildə demokratiyanın inkişafı və insan haqlarının qorunması üçün Azərbaycana 13 milyon dollar pul ayıracaq. Hökumət siyasi partiyaları, QHT-ləri, mətbuatı yemləməsə, onlar ABŞ-ın pullarını alıb Azərbaycanı İraqın gününə salacaqlar. Qanuni hakimiyyəti devirən ABŞ müxtəlif qruplaşmalara yenidən silah paylayacaq ki, bir-birini qırsınlar və 1993-cü Xoruz ilindəki hadisələr təkrar olunacaq. Hələ üstəlik Türkiyədəki İŞİD-çiləri də tökərlər ölkəmizə, teraktların biri bir qəpik olar. Belə görurəm ki, indiki çətin vəziyyətdən çıxış yolu elə də sadə deyil.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина