DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“DEMOKRATİYA“ YARI YOLDA QALDI

metanetMƏTANƏT ƏLİYEVA

ABŞ müsəlman ölkələrinin hamısına “demokratiya” gətirə bilmədi. Hillari Klinton prezident seçilsəydi, ABŞ-ın işğalçılıq siyasətini davam etdirib Suriya məsələsini həll edəcəkdi, sonra İranda çevriliş edib Azərbaycana qədəm qoyacaqdı. Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın prezident seçilməsi bütün planları yarımçıq qoydu. Tramp demişdi ki, prezident seçilsə, ABŞ-ın digər ölkələrdə çevriliş etməsinə son qoyacaq.

Azərbaycandakı qərbpərəstlərin əhvalını başa düşmək olar. Qərbin 5-ci kolonu gözləyirdi ki, ABŞ İraqa və digər müsəlman ölkələrinə gətirdiyi “demokratiyadan” Azərbaycana da gətirəcək, qərbpərəstlər hakimiyyətə gəlib məmurlarımızın oğurladıqları sərvətləri onlardan alacaqlar. Güman ancaq buna qalmışdı, çünki artıq oğurlamağa bir şey qalmayıb, sovetdən qalma xalq mülkiyyəti də, neftin pulları da 5-10 ailə tərəfindən oğurlanıb, təəssüf ki, onun əksər hissəsi xaricə çıxarılıb. ABŞ-dakı seçkinin nəticələri göstərdi ki, bizim qərbpərəstlər elə nimdaş paltarda ömürlərini başa vuracaqlar. Mən bu yerdə Amerika xalqına afərin demək istəyirəm. Xalq öz dövlətinin maraqlarını qorudu, seçkini saxtalaşdırmağa imkan vermədi və ABŞ-da həqiqətən demokratiyanın olduğunu sübut etdi. Bəziləri Trampın Ziya Məmmədovla yaxın münasibətlərdə olmasından narahat olur, çünki ölkəmizin sərvətlərini talayan məmurların sırasında Ziya Məmmədovun adı ön sıralarda gedir. Düzdür, Tramp Bakıda Ziya Məmmədovla şərik otel tikdirib, amma bunun ABŞ-ın Azərbaycandakı siyasətinə təsiri ola bilməz, çünki Azərbaycanda bütün prosesləri Rusiya idarə edir. Tpamp seçkiqabağı verdiyi vədlərə əməl etsə, ABŞ-Rusiya qarşıdurması başa çatacaq və bu qarşıdurmanın girovuna çevrilmiş Qarabağ problemi də həll olunacaq.

Hazırda isə ölkəmizdə vəziyyət günü-gündən pisləşir. Bütün sərvətləri talamış məmurlar indi də bir-birinin əlindəkini almaqla məşğuldurlar. Bu prosesin də başa çatmasına az qalıb, sonra hansı proseslər başlanacaq, artıq bunu Rusiya idarə edəcək. Xaricə çıxarılan oğurluq sərvətlərin taleyi təhlükə altındadır. Oğru məmurlarımız Rusiya ilə bloklara daxil olsalar, qərb bu pulları yiyələrinə verməyəcək. Rusiya ilə bloklara girməsək, Qarabağ problemini həll etmək mümkün olmayacaq. Qərb dövlətlərinin  Rusiyanın sərvətlərini ələ keçirmək planı boşa çııxandan sonra Qarabağ problemi Rusiyaya lazım olmayacaq və problemi həll etmək üçün Rusiya bizdən konkret mövqe tələb edə bilər. Əlbəttə,bunu mən belə düşünürəm. Siyasəti dərindən dərk etməyə bilərəm. Amma ölkəmizdəki bərbad vəziyyəti dərk edirəm. Beynəlxalq Bankın və Eldar Mahmudovun işi ilə əlaqədar gedən məhkəmə prosesləri ölkəmizin necə idarə olunduğunu aydın göstərir. Digər sahələr də o gündədir.  Bir ölkədə ki, hüquq-mühafizə orqanlarına əməkdaşları, o cümlədən məhkəməyə hakimləri rüşvətlə götürürlər, o  ölkədə qanundan danışmaq əclaflıqdır.

Ölkəmizdəki  bütün bu çirkabları görməmək üçün son vaxtlar YOUTUBE-da daha çox vaxt keçirirəm. İndi dərk edirəm ki, internet necə gözəl şeydir. Onun vasitəsilə hər şeydən xəbərdar olmaq mümkündür. Gözəl musiqi dinləmək, paltar toxumaq, ağaclara qulluq etmək – ümumiyyətlə, dünyada nə varsa, hamısını internet  vasitəsilə öyrənmək mümküdür. İndi məhərrəmlik mərasimi olduğundan mən hər gün YOUTUBE-da  mərsiyələrə qulaq asıram, dünyada Aşura gününün keçirilməsi ilə bağlı video-lara tamaşa edirəm. Bu mövzuda internetə müraciət edənlərin sayı bəzən milyonları keçir. İmam Hüseynə olan İlahi sevgi ildən-ilə artır. Mən uşaqlıqdan bu sevgi ilə böyümüşəm. Sovet dövründə Hacıqabulda yeganə məscid bizim Xilə məhəlləsində olub. Qohumlarımın arasında xanım Zeynəb əzəmətli, mərd, sinədəftər qadınlar görmüşəm. Onlar imamlarımızı xanım Zeynəb sevgisi ilə oxşayıb nalə çəkiblər. Xanım Zeynəb dünya qadınlarına bir nümunədir. Qardaşları qətlə yetiriləndən sonra  islam dininin yaradıcısı və fədailəri olan Peyğəmbər törəmələrinə rəhbərlik edən xanım Zeynəb bu gün də müsəlmanlar arasında birlik yarada bilir. Məhz Aşura günü müsəlmanlar İmam Hüseyn eşqinə sıx birləşirlər. İnternetdə Kərbəla faciəsi ilə bağlı sönbətlərə qulaq asmaq, videolar-a baxmaq ruhuma qida verir, mənən təmizlənirəm, daxilən rahatlaşıram. İnsanın xoşbəxtliyi onun daxili rahatlığındadır. İnsan oğrudursa, milyardları da olsa, o, daxilən rahat ola bilməz.  Məndən soruşsalar ki, ağıllı insan kimdir, birmənalı olaraq cavab verərəm ki, ağıllı insan nəfsi tox olan insandır. İnsanın başına bütün faciələr onun nəfsinə görə gəlir. Tamahkar insan bütün alçaqlıqlara qadirdir.

Yenilənmişdir Cümə, 11 Noyabr 2016 10:14
каталог фаберлик на сайте faberllena.ru
народная медицина