DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


MÜSTƏQİLLİK ZƏHƏRİ VƏ İŞVERƏNLİK

metanetMƏTANƏT ƏLİYEVA

Keçmiş müstəqillik bayramınız mübarək! Bu sözləri gülmək üçün yazıram. Oktyabrın 18-də bəzi adamlar bir-birini ələ salmaq üçün qımışa-qımışa bu sözləri deyirdilər. Bu sözləri deyəndən sonra, rəhmətlik Nəsibə xanım Zeynalova demişkən, qəşş edib gülürdülər. İronik tərzdə deyilən bu təbrikin arxasında gülmək üçün çox hadisələr, əməllər var. Müstəqillik bayramı günü televiziya kanallarımız o qədər eyni yalanları təkrar etdilər ki, axırda zəhərləndim. Ha fikirləşdim ki, mən nədən zəhərləndim, axı zəhərlənməyə səbəb olacaq bir şey yeməmişdim. Sonradan dərk etdim ki, televiziyaların danışdığı yalanlardan ürəyim bulanıb (oxuculardan üzr istəyirəm) zəhərlənmişəm, yalanları həzm edə bilməmişəm. Ciddi deyirəm, psixoloji gərginlikdən də mədə pozuntusu ola bilər. O qədər yalan danışdılar ki, axırda zəhərləndim. Hələ də özümə gələ bilməmişəm. Xəstələnəndə çalışıram özüm sağalım, həkimə getməyim, çünki xəstəlikdən çox həkimlərdən qorxuram. Pul qoparmaq üçün adama elə xəstəlik oxuyurlar ki, adamın zəhri yarılır. Bunun da əvvəli savadsız həkimlər buraxan Azərbaycan Dövlət Tibb Universitetindən başlayır. Xəstə olmağıma baxmayaraq müstəqillik gününün səhəri Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Reytinq” qəzetində (16 oktyabr 2016) dərc olunmuş “Rektorun seçimi və ya Tibb Universitetinin problemləri” adlı yazısını oxuyub müəllifə dərhal zəng etdim və təşəkkürümü bildirdim. Əli Əliyev Tibb Universitetinə 6 ay bundan qabaq rektor təyin olunmuş Gəray Gəraybəyliyə edilən təzyiqlərdən, o cümlədən mətbuat vasitəsilə edilən təzyiqlərdən yazır. Yazıdam məlum olur ki, yeni rektor Universitetdə maliyyə dövriyyəsində şəffaflıq yaratmaq istəyir. Yazıdan bir neçə cümləni olduğu kimi qeyd etmək istəyirəm: “Hiss olunur ki, anonim müəlliflər nədənsə Universitetin gəlir nöqtələrini yaxşı bilirlər”..., “ İndi “yem” əlinizdən çıxdığından “anonimşikliyə” başlamısınız”..., “Bu ilin yaz mövsümündə Rezidentura şöbəsinə qəbul imtahanı keçirilib. 500 vakant yerə ərizə vermiş 1295 nəfər, əsasən fərqlənmə diplomu iddiaçılarından ibarət heyyətdən təqribən 850 nəfəri imtahanın birinci pilləsindəcə “kəsilib.”   Əli Əliyev yazır ki, yeni rektorun “Hər şey qanun çərçivəsində olmalıdır, kadr məsələsində rüşvət olmayacaq” devizini Universitetin dəhlizində ara-sıra qeyri-leqal toplaşan nadanlar “ Universitet bizimdir, heç kəsə vermərik” - şüarı ilə qarşılayırlar. Əli Əiyev yazır ki, Gəray Gəraybəylini belə yırtıcı qüvvələrlə üz-üzə qoysaq, onun gücü çatmayacaq, yenidən əsasən küt, lakin diplomlu həkimlər ordusu çoxalmaqda davam edəcək. Bu yazını oxuyandan sonra çox fikirləşdim. Əvvəla, Gəray Gəraybəyli bir ad çəksin ki, konkret olaraq kim ona mane olur, həmin adamı Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafi kimi saqqalından tutub sürüyək, Universitetin binasından küçəyə ataq. İkincisi, fikirləşdim ki, Gəraybəylini həmin vəzifəyə prezident İlham Əliyev təyin edib və onda belə çıxır ki, Prezidentin səhiyyə mafiyasına gücü çatmır. Əli Əliyevin nəzərdə tutduğu adamların əməllərində konkret cinayət faktları var. Niyə hüquq-mühafizə orqanları onları həbs etmir? 25 illik jurnalist təcrübəm mənə çox dərslər verib. Belə məsələlərdə qolumuzu çırmalayıb meydana girmişik, sonra başa düşmüşük ki, sən demə, klanların pul davası imiş, vətən, xalq vasitə imiş. Jurnalistlər problemləri qaldırmaqla çox vaxt işverənlik edirlər. Öz təcrübəmdən bir neçə fakt danışım. Bir neçə il əvvəl sanitariya (heç bir fəaliyyəti olmayan idarənin adını təxmini yazıram) idarəsinə zəng edib dedim ki, qəzetimizin yerləşdiyi həyətdə siçovullar artıb, gəlin zirzəmiləri dərmanlayın. Bir nəfər yaşlı qadın gəlib çantasından bir qutu zəhər, bir dilim kolbasa çıxartdı, kolbasanı zəhərə bulayıb zirzəmiyə qoydu. Dedi ki, zəhəri və kolbasanı öz puluna alıb, idarədən onlara heç nə vermirlər. Bu haqda qəzetimizdə yazı çıxandan iki gün sonra “Yeni Müsavat” qəzetində xəbər dərc olundu ki, həmin idarənin rəisi həbs olunub. Amma onun nə məhkəməsi oldu, nə də sonrakı taleyi ilə bağlı bir məlumat getdi. O vaxtdan həşaratlar artmaqda davam edir, sözün həqiqi mənasında siçanlar artıq adam yeyirlər. Sonradan bildim ki, mətbuatda gedən belə məlumatlardan sonra MTN işçiləri həmin adamların başına torba keçirib aparırlar və oğurladıqlarını alıb buraxırlar. Cəbhə bölgəsində cərrah işləyən bir qohumum danışdı ki, ağır yaralı əsgəri gətirirlər, onu təcili Bakıya aparmaq lazım gələndə görürəm ki, maşınlarda benzin yoxdur, benzini cibimdən almalı oluram. Bu haqda yazandan sonra da benzin oğrularının tutulması haqqında məlumat oxudum, məhkəmə faktlarına rast gəlmədim. İndi cəbhə zonasında vəziyyətin necə olmasından xəbərim yoxdur. Qohmlarım mənim yanımda belə söhbətlər etməyə qorxurlar. Daha doğrusu, mənim yazmağımdan qoxmurlar, işlərini itirməkdən qorxurlar. Başımın daşdan-daşa dəyməsinə baxmayaraq səhiyyəmizin düzəlməsi xatirinə Gəray müəllimə hər cür kömək etməyə hazıram. Həm də inanmıram ki, böyük sənətkar Ağasadıq Gəraybəylinin nəvəsi klanların əlində alət olsun.  

Yenilənmişdir Cümə, 21 Oktyabr 2016 11:32
каталог фаберлик на сайте faberllena.ru
народная медицина