DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


GENİŞ MÜZAKİRƏYƏ EHTİYAC VAR

Mətanət Əliyeva

OĞRU İQTİDARIN XƏYANƏTKAR XARİCİ SİYASƏTİNİ DAVAM ETDİRMƏK İSTƏYİRLƏR

Səhv etmirəmsə, İngiltərənin mərhum baş naziri Çörçil deyib ki, İngiltərənin əbədi müttəfiqi yoxdur, əbədi maraqları var. Yəni ki bu gün İngiltərə dövlətinin və xalqının maraqları tələb edərsə, İngiltərə ABŞ-la müttəfiq olar, sabah dövlətin və xalqın maraqları tələb edərsə, Rusiya ilə müttəfiq olar. Bu, beynəlxalq münasibətlərdə satqınlıq sayılmır. Əksinə, əgər dövlət başçısı xalqının və dövlətinin maraqlarına zidd müttəfiq seçirsə, bu, vətənə xəyanətdir. Vətənə xəyanət yolunu oğru, xalqını istismar edən dövlət başçıları şəxsi maraqları naminə seçirlər. Onlar xalqın nifrətini qazandıqları üçün, xalqa arxalanmadıqları üçün hakimiyyətdə qalmağın yolunu dövlətin mənafeyini xarici dövlətlərə satmaqda, daha doğrusu, xalqdan oğurladıqlarının bir hissəsini xarici havadarlarına verməkdə görürlər. Qəddafinin Sarkoziyə verdiyi pulu yada salaq. Hazırda dünyada iki böyük dövlət olan Rusiya və ABŞ arasında müharibə gedir. Bu müharibə digər dövlətlərin ərazisində gedir. Əvvəl bu müharibədə Avropa dövlətləri ABŞ-la müttəfiq olsalar da, artıq İngiltərədən başqa digər Avropa dövlətləri ABŞ-la müttəfiqliyi pozublar. Azərbaycan da böyük dövlətlər arasında gedən bu müharibədə özünə müttəfiq seçməlidir. Müstəqil olandan sonra Elçibəy və Heydər Əliyev hakimiyyəti qərblə müttəfiqliyi seçdi, bu onların şəxsi marağına ( nefti və qazı su qiymətinə Avropaya satıb pulları Avropa banklarına yerləşdirmək) marağına xidmət edirdi. Mən hələ o məsələyə toxunmaq istəmirəm ki, hazırda ölkəmizin vətəndaşları öz qazımızdan istifadə etməyə pul tapmırlar. Düzgün müttəfiq seçmədiyimiz üçün Qarabağı itirdik, bu gün Rusiyaya çörək dalınca gedən iki milyon vətəndaşımızı dövlət səviyyəsində sıxışdırırlar, Rusiya öz bazarlarını üzümüzə bağlayıb.

Hazırda Azərbaycanın xarici siyasətində mühüm bir hadisə gözlənilir. Azərbaycan hökuməti may ayında Avropa İttifaqı ilə saziş bağlamağa məcbur edilir. Bunu etməsə, yəqin ki, qərb İlham Əliyevi devirib bu sazişi dəstəkləyən Əli Kərimlini hakimiyyətə gətirəcək. İŞİD isə İrana, Rusiyaya doğru irəliləyir. Qərbin adamı Azərbaycanda hakimiyyətdə olanda Rusiyanı dağıtmaq üçün İŞİD qüvvələrini ölkəmizə buraxacaq. Rusiya da buna cavab olaraq gürcüləri deportasiya etdiyi kimi azərbaycanlıları da deportasiya edəcək, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq, ölkəmizdə separatçılığı gücləndirəcək. Əli Kərimli deyir ki, qərb Avropa İttifaqı sazişinə qoşulmağımız müqabilində bizdən heç nə istəmir, əvəzində isə bizə demokratiya gətirəcək. Həmin bu qərb bu gün Venesuelada xalq tərəfindən seçilmiş prezidenti devirmək üçün müxalifəti silahlandırır. Silahlı çevriliş etməyə cəhd edən qərbin məqsədi (bizdə bu artıq iki dəfə baş verib) Venesuela neftini öz istədiyi qiymətə (su qiymətinə) ələ keçirməkdir. Qərb bu cür müdaxilə etdiyi dövlətlərdə müxtəlif tərəfləri silahlandırıb qarşı-qarşıya qoyur, hakimiyyətə gətirdiyi adama isə şərt qoyur ki, nefti su qiymətinə satsın, əvəzində onun hakimiyyətini qorusun. Bu yerdə multikulturalizmlə bağlı şouları yada salmaq istəyirəm. Guya bizim ölkəmiz sivil olduğu üçün bütün dinlərə ölkəmizdə dözümlü yanaşırıq. Bəs onda niyə bunu tayfalar haqqında demək olmur? Azərbaycan hazırda tayfa maraqları baxımından idarə olunur. Ona görə də əvvəllər olduğu kimi Rusiya etnik münaqişəni yox, tayfa müharibəsini asanlıqla alovlandıra bilər. Mən siyasətçi olmasam da Avropa İttifaqı ilə sazişin gətirəcəyi fəlakəti təsəvvür edirəm. Ona görə bu mövzuya girişirəm ki, indiyə qədər belə mühüm addımlar nə parlamentdə, nə mətbuatda müzakirə olumayıb. Xalqı tam məlumatsız saxlayırlar. Lazımsız hər bir şeydən danışırlar, amma bir dəfə də Rusiya ilə Avroasiya İttifaqına girməyin hansı faydanı və ya ziyanı verəcəyini parlamentdə, yaxud mətbuatda müzakirə etməyiblər. Niyə bu mövzularda siyasətçilər arasında polemika aparılmır? Bunun əvəzində ordumuzun qüdrətindən danışırlar. Hər bir vətəndaş orduda hansı dəhşətlərin baş verməsindən xəbərdardır. İkincisi də, Qarabağı azad etmək üçün ABŞ-ın, NATO-nun qalib gələ bilmədiyi rus ordusuna qalib gəlmək lazımdır. Hakimiyyət öz tamahkar siyasətinin girovuna çevrilib və düzgün müttəfiq seçə bilmir.Güman edirəm ki, bu may imzalanması nəzərdə tutulan saziş hakimiyyətin dəyişməsi ilə nəticələnəcək. Əhalinin sonuncu qəpiyini əlindən alan bu hakimiyyət onsuz da getməlidir. 35 faizlə kredit verən bank lar təqaüdçüləri bu gün ac saxlayırlar. Məcburiyyət qarşısında qalan əhali kredit bataqlığına girib, çıxa bilmir. Əksər adamlar krediti sağlamlıq problemi ilə bağlı götürür. “Şapka” ilə, yüksək faizlə, dolları iki dəfə qaldırmaqla kredit verən digər banklar məhkəmələr vasitəsilə kütləvi şəkildə əhalinin sovetdən qalan mənzillərini əllərindən alırlar. Sovet vaxtı əhalinin nə banklara, nə sələmçilərə borcu yox idi, nə də ərzaq mağazalarının nisyə dəftərində adlar yox idi, hamının bankda pulu var idi. Rusiyadan ayrılıb qərbin nəzarətinə keçəndən sonra dilənçi gününə düşdük. Belə müstəqillik yalnız ölkəni talayıb pulları qərb banklarına qoyan bir qrup oğruya lazım idi. Hakimiyyət dəyişəndən sonra kredit borcları məmurların oğurladıqları sərvətlər hesabına ödənməlidir. Vətəndaşların 2 milyard manat problemli krediti var, məmurlar yalnız Beynəlxalq bankdan 7 milyard manat pul oğurlayıblar. Hansı məmur işdən çıxarılırsa, məlum olur ki, xalqdan milyardlar oğurlayıb. Xalqı aldatmaqla hakimiyyətə gələn qərbpərəstlər hakimiyyətə gələndən sonra indiki məmurların sərvətlərini şəxsi hesablarına keçirəcəklər. Bu ənənə bizdə davam edir. Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Tayfa quldurlarının var-dövləti əlindən alınanda kasıb əhali ümid edirdi ki, bu var-dövlətdən onlara da düşəcək. Əks tərəf tayfa quldurlarından da qəddar çıxdı, nəinki mənimsədiklərindən xalqa verdi, əksinə, xalqın sonuncu qəpiyini də əlindən aldı. Qonşumuz Gürcüstan Rusiyaya qarşı addım atdıqca Rusiya onu dövlət kimi xəritədən silməyə çalışır. Gürcülər unudurlar ki, şah Qacar Tiflisi yandıranda onları Rusiya xilas etdi. Hazırda Gürcüstanda azərbaycanlılarla gürcülər arasında gedən qarşıdurma da yəqin ki, təsadüfən baş vermir. Rusiya Azərbaycanı da xəritədən silə bilər. Unutmayaq ki, biz İran dövlətinin tərkib hissəsi olmuşuq. 1828-ci ildə İran müharibədə Rusiyaya məğlub olandan sonra Türkmənçay müqaviləsi ilə ərazisinin bir hissəsini Rusiyaya verib. Rusiyada inqilab olandan sonra müvəqqəti olaraq yaranan 15 dövlətdən biri də həmin ərazidəki Azərbaycan dövləti olub. Elə etməyək ki, Rusiya bunu bizə xatırlatmalı olsun. Son 30 ildə Rusiya çox güclənib. Qərbpərəstlər bayram edirlər ki, qərbə vizasız gedəcəyik. Yaxşı olardı ki, bu məsələ geniş müzakirə olunsun, pis və yaxşı tərəfləri ölçülüb biçilsin və xalqın xeyrinə qərar çıxarılsın. Ən ağrılısı odur ki, tayfa hakimiyyəti kimi tayfa müxalifəti də 30 ildir xalqı aldatmaqda davam edir. Əli Kərimli özünü xalqı sevən fədakar kimi göstərməyə çalışır. Savadına, cəsarətinə, insanları yalanlara inandırmaq qabiliyyətinə heyran qalmaq olar. Kütlənin dilində danışmağı bacarır. Xəyanətkar siyasəti onun özünə də, ailəsinə də, xalqına da faciə gətirəcək. Xalqı xoşbəxt etməsən özün də xoşbəxt ola bilməzsən . Qədimdə savadsız insanlar qız verib qız aldıqları adamın 7 arxa dönənini araşdırırdılar. İndi alimlər müəyyən edirlər ki, insan cinayət edəndə onun yeddi nəsli lənətlənir. Hiyləgər olmaq ağıllı olmaq deyil. Xalqa xəyanət yolu tutmaqla əldə etdiyiniz o sərvətləri övladlarınız yeyə bilməyəcək, 7 arxa dönəniniz lənətlənəcək.

Yazımın sonunda mühüm bir faktı qeyd etmək istəyirəm. Ötən ildən Bakıda asmaya bənzər bir xəstəlik kütləvi şəkildə tüğyan edir. Uşaqlı-böyüklü insanlar boğula-boğula qalıblar. Müalicə də effekt vermir. Hamıya biri 55 manatdan süni nəfəs aparatı aldırırlar. Hər dəfə nəfəs vermək üçün aparata 5 manatlıq dərman qoymaq lazımdır. Maddi problemlər içərisində boğulan xəstələr az qalıblar dəli olsunlar. Artıq müalicə üçün kredit götürmək imkanları da yoxdur, hamı kredit bataqlığına düşüb. Həkimlər özləri də deyirlər ki, bu xəstəliyin virusunu hava vasitəsilə məqsədli şəkildə yayırlar.  Bu ya baktereoloji silahlarını sınaqdan keçirmək istəyən böyük dövlətlərin işi ola bilər, ya da ölkəmizdəki dərman mafiyasının. Səhiyyə naziri Oqtay Şirəliyev bu məsələ ilə bağlı susur, nazir şəxsi klinikasının hayındadır. Yeri gəlmişkən, sabiq deputat Hüseyn Abdullayevin məhkəməsində xalq artisti Gülyaz Məmmədova ifadə verib. Deyib ki, Hüseyn Abdullayevin əmlakını deputat Cavanşir Feyziyev onun adına keçirib, obyektin harada yerləşməsini bilmir. Hüseyn Abdullayevin anası bildirib ki, həmin obyekt dörd milyon manata satılıb. Bu faktı ona görə qeyd etdim ki, Cavanşir Feyziyev Avromed şirkətinin rəhbəridir, dərman satışını monopoliyada saxlayır. 

Yenilənmişdir Bazar ertəsi, 13 May 2019 11:13
каталог фаберлик на сайте faberllena.ru
народная медицина