DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


“PSİXİATORLARLA PSİXOLOQLAR ARASINDA SOYUQ MÜHARİBƏ GEDİR”

NİSƏ ABDULLAYEVA: “ƏHALİNİN ELM KİMİ PSİXOLOQA İNAMI İTİB. PSİXOİOQA DAYƏ KİMİ BAXIRLAR”

Müsahibim psixoloq Nisə Abdullayevadır

TƏRCÜMEYİ – HAL

-          Nisə Abdullayeva Bakı şəhərində 1984-cü ildə ziyalı ailəsində dünyaya gəlib. A.Zeynallı adına Musiqi Kollecində fortepiano ixtisası üzrə təhsil alıb, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində psixologiya ixtisasına yiyələnib.

-          SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Sumqayıt Ailələrə Dəstək Layihəsində psixoloq vəzifəsində çalışıb. Assosiasiyanın xətti ilə Moskvada və Pskovda təcrübə keçib.

-          Hazırda  sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4№-li Respublika Xüsusi İnternat Məktəbinin nəzdində fəaliyyət göstərən Reabilitasiya – İnkişaf  Mərkəzinin fəaliyyətinə görə məsul şəxs vəzifəsində çalışır

- -   Nisə xanım,  Azərbaycanda təzə elm kimi yaranan psixologiya elmi ilə psixiatriyanın fərqi nədir? Ruhi xəstəliklərin müalicəsi ilə məşğul olan bu mütəxəssislər eyni işi görmürlərmi?

-     -     Psixoterapiyaya həm psixiatriya, həm psixologiya aiddir. Psixoterapiya ilə həm psixiatorlar, həm psixoloqlar məşğul ola bilərlər. Ona görə də psixiatorlarla psixoloqlar arasında soyuq müharibə gedir.  Psixiatorlar  artıq tam pozuntu olan xəstə ruhlu insanlarla işləyir, psixoloqlar hələ sağlam, sadəcə çətinliyi olan insanlarla işləyir.

-     -     Bizim psixoloqlar harada yetişir? Onlara elm verə biləcək savadlı psixoloqlar, səviyyəli dərsliklər varmı?

-    -      Baki Dövlət Universiteti, Pedaqogi Universitet psixoloqlar hazırlayır. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, bu ali məktəblərdə psixologiyanı rus dili, biologiya müəllimləri tədris edir. Bizdə kadr çatışmazlığı olduğu üçün kadr yetişdirməkdə xarici təcrübədən çox istifadə etməliyik. Bizdə baza biliyi olan mütəxəssis azdır, ona görə biz xaricdə təhsilə üstünlük verməliyik. Kitablar var, amma Azərbaycan dilinə çox az tərcümə olunub, peşəkarlıq səviyyəsi aşağıdır. Psixologiya sahəsi üzrə Azərbaycan dilində elmi ədəbiyyat yoxdur, elmi ədəbiyyatı oxumaq üçün rus dilini bilmək lazımdır. Türk dilində də var, onlar xarici dildən tərcümə olunub, onu biz başa düşmürük, bizim televiziyadan öyrəndiyimiz türk dili məişət dilidir.

-    -      Psixologiya elminin banisi sayılan Ziqmund Freydi oxumaqla savadlı psixoloq olmaq mümkündürmü?

-    -      O vaxta qədər psixologiya elmi olub, Freyd psixiatr olub, sadəcə olaraq, Freyd dönüş yaradıb. Ona görə psixologiya deyəndə ağıla gələn ilk alim Freyd olur. Freyd bu elmin mətnidir. Freydə qədər psixologiyanin əlifbasını öyrənmək lazımdır. Freydi oxumayıb onu tənqid edənlər var. Bir də Freyd haqqında filmə, verilişə baxandan sonra Freyd yaradıcılığına münasibət bildirənlər var. Televiziya heç vaxt elm verə bilməz. 

-     -     Psixologiya pullu sahə olduğu üçün bu sahəyə axın var, hər bir psixoloq özünə bir mərkəz açır. Doğrudanmı bu sahə cox pulludur?

-          Yalandan yox deməyəcəm.     

-   -       İnsanlar bu qədər mərkəzlərin içərisində savadlı psixoloqu necə seçə bilərlər?

-   -      Belə bir dəb var, mərkəz açanda adın yanında “psixoloji inkişaf”, “psixoloji fərdi inkişaf ”, psixika ilə bağlı hansısa sözdən nüfuz artırmaq üçün istifadə edilir, bu, prestij gətirir. Bilirlər ki, ruh (psixo) həmişə insanların ən zəif yeridir. Oradan vuranda daha yaxşı axın görürsən. Orqanizm ruha tabedir.  Mərkəzlərin bəzilərində nə psixoloq var, nə psixologiya ilə məşğuldurlar, amma adlarında, reklamlarında psixoloji sözü var.

-    -      Televiziyalar psixoloqları çox güclü reklam edirlər. Reklama çox böyük pullar lazım olduğunu nəzərə alsaq, görünür, psixoloqlar reklama qoyduqları pulu birə beş qazanırlar. Sizcə, televiziyalarda ən yaxşı psixoloqlar reklam olunurlar?

-    -      Çıxış edənlərin çoxunun heç təhsilləri psixologiya deyil, psixoloq deyillər. Televiziyada çıxış edən məşhurların bəziləri təhsil almaqdadır, bəziləri sosiologiya üzrə təhsil alıb.   Bunlar psixologiya haqqında bir fikrin formalaşmasına imkan vermir. Televiziyada deyilənlər populyar psixologiyadır, elmi psixologiya deyil. Yaxşı kardioloq deyəndə fikir yaranır ki, o, ən azından kardioqramanı oxuya bilir. Bizdə yaxşı psixoloqun necə olması barədə fikir formalaşdırmağa imkan vermirlər.

-     -     Əksər mərkəzlərdə fırıldaqçıların insanları qarət etməsi, televiziyalarda savadsız adamların psixoloq kimi çıxışlar etməsi bu elmə inamın itməsinə səbəb ola bilərmi?

-     -     Artıq itib, bunu öz iş təcrübəmdən görürəm. Uşağı gətirib deyirlər ki, bilirəm düzəlməyəcək, gətirdim ki, sənin yanında qalsın. Psixoloqdan dayə kimi istifadə edirlər. Çünki çox məşhurların yanına gedib bir nəticə görməyiblər. Əhalinin elm kimi psixoloqa inamı itib. Bəziləri də fikirləşir ki, psixoloqun sehirli çubuğu var. Birinci görüşdən uşağa toxunduracaq, uşaq xoşbəxt olacaq, bayıra çıxan kimi insanların üzünə güləcək. Bu gözlənti də yanlışdır. İnsan çəkdiyi əziyyətlər hesabına depresiyaya düşübsə, həmin əziyyətli yolu geri qayıdıb düzgün yola qayıtmalıdır. Yəni iki dəfə artıq əziyyət çəkib özünə gəlməlidir.

-    -      Psixoloqun seanslarında çox vaxt itirmək çox pul deməkdir. Hər adamın çox pul vermək imkanı yoxdur.

-    -     Sizinlə razıyam.  Amma psixoloqlar adətən çox pulu çox vaxtla əlaqələndirmirlər. Yaxşı psixoloq ancaq nəticəyə fokuslaşır.

-    -      Rəsmi məlumatlara əsasən, poliklinikalarda psixoloq ştatı açılacaq. Yəqin kasıblar dövlət poliklinikalarında pulsuz psixoloq xidmətindən istifadə edəcəklər?

-   -       Bizdə əvvəl məşğulluq problemini həll edirlər. Bunun üçün əvvəlcə kadr məsələsini həll etmək lazımdır.  Əks halda biologiya, riyaziyyat müəllimləri psixoloq kimi işə götürülür. Bu il BDU 98 məzun buraxacaq. İxtisaslaşma yoxdur, ümumi psixologiyanı tədris edirlər.

-    -      Savadlı psixoloqlar yetişdirmək üçün nə etmək lazımdır?

-    -      Bu, böyük miqyasda görülməli işdi. Bu işdə maraq olmalıdır.

-    -      Kimin? Təhsil nazirliyinin marağı olmalıdır?

-    -      Dövlət səviyyəsində maraq olmalıdır.

-    -      Dövlətin marağı var?

-    -      Biz müharibə şəraitində yaşayırıq, 1 milyon qaçqınımız var, onlarla işləmək lazımdır.

-    -      Konkret yox cavabı verməyə qorxdunuz.

-    -      Qorxmuram, elə elədir.

-    -      Təhsildəki ciddi  problemlərə görə Mikayıl Cabbarov məsuliyyət daşıyır?

-    -      Nazirliklər icraçı qurumdur, məsuliyyət daha yuxarılara gedir.

-    -      Eşitdiyimə görə, BDU-da psixologiya müəllimi işləmisiniz.  Niyə görə işinizdən könüllü olaraq uzaqlaşdınız?

-    -      Könüllü çıxdım. Tələbələrin hazırlıq, təhsil səviyyəsi, işin təşkili məni qane etmədi. Həm də bir məsələ var ki, oradakı elmlə mənim bildiyim elm arasında çox fərq var, ona görə də orada qala bilmədim. Bunu dəyişmək bir insanın işi deyil.

-    -      Təslim oldunuz?

-    -      Mən o vaxt təslim olardım ki, qalıb onların metodları ilə dərs keçərdim, onların mühazirələrindən istifadə edərdim.

-    -      Getməyiniz qələbə idi?

-    -      Mənim qələbəm idi. Öz tələbələrimi müəyyən nöqtəyə gətirirb çatdırdım, sonra onları götürüb çıxdım. Mən düşünürəm ki, tələbəyə marketinq psixologiyasını keçməkdənsə, psixoterapiyanı keçmək daha vacibdir.

-    -      Onda sizin Azərbaycan psixologiya elminə ən böyük hədiyyəniz tələbələriniz oldu. Belə tələbənizin sayı neçədir?

-    -      6 tələbə. Mən universitetdən uzaqlaşdım, tədrisdən uzaqlaşmadım. Tələbələrimlə indi də məşğul oluram. Onlara həm nəzəri, həm praktiki psixologiyanı tədris edirəm.

-          Savadlı psixoloqlar televiziyalara çıxmaq istəmirlər, sonra da aparıcıları qınayırlar ki, nə üçün savadsızları efirə çıxarırlar.

-   -       Televiziya elm öyrətmək yeri deyil. Hansısa tok-şouda ailəni müzakirə edə bilmərəm. Bizə maraqlıdır deyə qulaq asırıq, sonra o ailənin cəmiyyət içində necə yaşayacağını düşünmürük. Psixologiya kütləvi elm sahəsi deyil, bu, fərdidir. Nə qədər insan varsa, o qədər metod var, o qədər vəziyyətdən çıxış yolu var.

-    -      Psixoloq axtarışında düzgün seçim etmək üçün nəyi bilmək lazımdır?

-    -      İntelektual insanın intellektual olmayan psixoloqun yanında işi ola bilməz. Psixoloq ilk görüşdə ağzını açıb sizə “xoş gəlmisiniz” deyəndə siz artıq bilirsiniz ki, onunla sağollaşmaq lazımdır. Sizinlə sadəcə söhbət etməyə gəlib. Bu ruh məsələsidir deyə sizin baxışlarınız üst-üstə düşməlidir. Həmin adamın profesionallığından başqa həmin adamın insanlığı olmalıdır. Kimlərinsə məsləhəti ilə psixoloq seçmək olmaz. Mütləq onunla tanış olmalısınız. Psixoloq elementar tanışlığı da ödənişlə edirsə, bu artıq çox şey deyir. Məndə çox olub ki, cədvəlimdə yer olmayıb, amma ilk tanışlıqdan israr ediblər ki, ancaq sizin yaniniza gəlmək istəyirəm.

-    -      Psixologiya elmi hazırda hansı ölkədə daha çox inkişaf edib?

-    -      Davranışı dəyişməyə yönəlik ABŞ-dadır. Düşüncəni dəyişməyə yönəlik istiqamətdə psixologiya elmi daha çox Avropada, Almaniyada  inkişaf edib. Azərbaycanda da iki istiqamət var. Mən düşüncəni dəyişmək  istiqamətində fəaliyyət göstərirəm.

-    -      Azərbaycanda psixologiyanın inkişafı ilə bağlı tədqiqatlar aparılırmı və buna çox böyük pullar lazımdırmı?

-    -     Çox da böyük məbləğə ehtiyac yoxdur. BDU-da tədqiqat aparmaq üçün münbit şərait yoxdur. Bizdə çox vaxt sorğunu tədqiqat hesab edirlər. Sorğu sosioloqların işidir. Kağız üzərində bizdə çoxlu sayda tədqiqatlar gedir. Hər il dissertasiyalar, diplom işləri müdafiə olunur. Dissertasiyaların son hissəsi adətən praktikada tətbiq etmək üçün məsləhətlər olur. O hissə həmişə havada qalır. Nə üçünsə yeniliklər praktikada tətbiq olunmur.

Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

MƏTANƏT ƏLİYEVA

Yenilənmişdir Çərşənbə, 23 Dekabr 2015 08:37
каталог фаберлик на сайте faberllena.ru
народная медицина