DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Türkiyədə nə baş verir?!! Ankara üçün Kobani dilemması...

İŞİD-in Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərinə hücumu Türkiyədə böyük iğtişaşlara səbəb olub. Son məlumatlara görə Türkiyənin müxtəlif bölgələrində baş verən toqquşmalar zamanı 22 nəfər öldürülüb, onlarla yaralı var. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün heykəlləri, bələdiyyə binaları, dövlət və özəl obyektlər dağıdılıb, avtomobillər yandırılıb.

Kürd siyasətçilər bəyan ediblər ki, Türkiyənin bu mövqeyi davam edərsə ...

İğtişaşlar xüsusən də kürdlərin sıx yaşadığı cənub-şərq vilayətlərində və İstanbulda qeydə alınıb. Ən çox ölüm halları isə Diyarbəkirdə yaşanıb. Kürd siyasi partiyalarının çağırışı ilə Kobani şəhərinə dəstək mitinqi üçün küçələrə çıxan kürdlərin aksiyaları sonradan nəzarətdən çıxıb və böyük dağıntılara səbəb olub. Etirazçılar Türkiyə hökumətinin Kobaniyə müdaxilə etməsini və kürdlərə hücum edən İŞİD-ə qarşı güc tətbiq etməsini tələb edir. Kürd siyasətçilər isə bəyan ediblər ki, Türkiyənin bu mövqeyi davam edərsə və Kobani İŞİD-in əlinə keçərsə, Türkiyədə PKK ilə başlayan “həll prosesi” dayana bilər.

Türkiyənin 15 vilayətində komendant saatı elan edilib, gecələr küçələrə çıxmaq qadağan edilib

Baş nazir Davudoğlu isə bildirib ki, “həll prosesi” davam edəcək, etirazçılar isə müəyyən edilərək həbs ediləcəklər. Daxili işlər naziri Əfqan Ala isə bildirib ki, hökumət gücə qarşı güc tətbiq edəcək. Artıq Türkiyənin 15 vilayətində komendant saatı elan edilib, gecələr küçələrə çıxmaq qadağan edilib. Bir sıra vilayətlərdə, o cümlədən İstanbulda küçələrə ordu birləşmələri və hərbi texnika yeridilib. Bütün bunların arxasında isə çox mürəkkəb suallar yaranır.

Kobani həm İŞİD, həm də kürdlər üçün çox mühümdür

Kürdlər tələb edir ki, Türkiyə ordusu Kobaniyə müdaxilə edib İŞİD-lə döyüşən kürd yaraqlılarına (onların arasında PKK da var) dəstək versin. Çünki Suriya-Türkiyə sərhədində yerləşən Kobani Suiryadakı PYD və ya başqa adla kürd muxtariyyətinin əsas dayaq mərkəzlərindən biri, sərhəddə əsas strateji nöqtələrdən biridir. Kobanini əlində tutan güclər eyni zamanda Türkiyə-Suriya sərhədində çox mühüm bir bölgəni nəzarət altında tuta biləcək. Bu və digər səbəblərdən Kobani həm İŞİD, həm də kürdlər üçün çox mühümdür. İndi isə artıq 25 günə yaxındır İŞİD Kobaniyə 3 istiqamətdən hücum edərək şəhəri ələ keçirməyə çalışır. Ətrafdakı bütün kəndlər demək olar ki, İŞİD-in nəzarətindədir. Kobaninin getməsi PKK-PYD birliyi üçün mənəvi və strateji olaraq ağır məğlubiyyətdir. Bu səbəbdən də Kobaninin qorunması üçün İmralı adasında cəza çəkən Abdullah Öcalan Türkiyədəki kürdlərə müraciət edərək Kobaniyə dəstək olmağa çağırıb. Onun bu çağırışından sonra minlərlə kürd Kobaniyə könüllü savaşçı olmaq üçün gedib.

Türkiyə niyə İŞİD-ə qarşı
savaşa qatılmaq istəmir

Artıq Kobanidə İŞİD-in hücumlarının qarşısı alınıb. Kürd silahlı qruplarının ciddi müqaviməti və beynəlxalq koalisiyanın hava qüvvələrinin aramsız bombardmanları nəticəsində (bombalanma hələ də davam edir – red.) ağır zərbələr alan İŞİD geri çəkilməyə məcbur olub. Ancaq bu müvəqqəti də ola bilər.
Türkiyə isə hər vəchlə İŞİD-ə qarşı savaşa qatılmaq istəmir. Bir neçə gün əvvəl CNN-ə müsahibəsində baş nazir Davudoğlu bildirib ki, Türkiyə yalnız Suriya üzərində uçuşa qapalı zona yaradıldığı və Əsədi devirmək üçün əməliyyat başladılacağı təqdirdə savaşa qatıla bilər. Aydın məsələdir ki, hazırda koalisiyanın Əsədi devirmək üçün hərbi əməliyyat başlatmaq kimi bir planı yoxdur. Bunu Davudoğlu da bilməmiş deyil. Türkiyə üçünsə mühüm olan Əsədin devrilməsidir.

Kürdlərlə savaşan İŞİD
Türkiyə üçün faydalıdır

Kobani olaylarına gəlincə, Ankara üçün Kobaniyə müdaxilə heç bir halda uyğun deyil. Baxmayaraq ki, əks halda da Türkiyəni böyük savaş və terror riski gözləyir. Bu səbəbdən də Türkiyə ordusu sərhəddə cəmləşərək silahlarını Kobaniyə tuşlayıb. Ancaq indi Türkiyə hökuməti hesab edir ki, İŞİD-PKK (kürdlər) toqquşması istənilən halda hər iki düşmənin zəiflədilməsinə gətirəcək. Kürdlər bu savaşda böyük itkilər verir və PKK-nın silahlı qanadı İŞİD-lə savaşdan aldığı zərbələrdən uzun zaman özünə gələ bilməyəcək. Üstəlik, İŞİD-in üstün gələrək Kobanini alması kürdlər üçün öldürücü zərbə olar. Bu isə Türkiyə hökumətinin daha bir düşmənindən yaxa qurtarmasıdır. Onsuz da Türkiyənin İŞİD-ə qarşı mübarizə üçün istənilən an hərəkətə keçmək imkanı var. Hələliksə kürdlərlə savaşan İŞİD Türkiyə üçün faydalıdır. Digər tərəfdən, Türkiyənin İŞİD-in kürdlərlə savaşında tərəf kimi çıxış edərək kürdlərə dəstək verməsi Ankaranın uzun zamandır yürütdüyü siyasi kursa ziddir və eləcə də bu addım Türkiyə daxilində ciddi terror təhlükəsi yarada bilər. Bir neçə ildir Türkiyədə yerləşən və keçid kimi bu ölkədən istifadə edən, buna görə də xeyli dərəcədə möhkəmlənən terrorçu qruplaşmalar Türkiyənin özü üçün də təhdid yarada bilər. Ankara bunu bildiyi üçün riskə getmək istəmir.
Sadaladığımız bu səbəblərdən Türkiyə hökuməti bütün gücü ilə müqavimət göstərərək Yaxın Şərqdə başlayan böyük müharibəyə qoşulmaq istəmir. Yaxud da ən azından indiki mərhələdə qoşulmaq istəmir. Ancaq şərtlər sürətlə dəyişir və həm xarici müttəfiqləri, daxildəki qüvvələr, eləcə də cərəyan edən olaylar Türkiyəni bu savaşa sürükləyir. Ankaranın bu prosesdən necə çıxacağını isə zaman göstərəcək.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина