DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Qarabağla bağlı yeni təklif

Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı Dağlıq Qarabağın ətrafında uzun müddət davam edən münaqişəyə son qoymaq üçün Avropanın yeni təklifi barədə danışacaq.

Bu barədə \"France Presse\" agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer keçən həftə Ermənistana və Azərbaycana Ukraynadakı müharibənin fonunda son aylarda zorakılığın kəskin eskalasiyasından sonra səfər edib və görünür ki, Avropa bununla münaqişənin həllində maraqlı olduğunu göstərmiş oldu.

Agentlik bildirir ki, hər an alovlanmağa hazır olan 20 illik münaqişənin yenidən qan tökülməsinə səbəb olmaması və tərəflər arasında gərginliyin azaldılması üçün prezidentlərin görüşü bu mənada xüsusi əhəmiyyət daşıyır.

\"Ukraynadakı münaqişə, Krımın Rusiya tərəfindən işğalı Qarabağ ətrafında vəziyyəti daha da kəskinləşdirir\" - deyə Ollanda yaxın olan mənbə agentlyə verdiyi məlumatda bildirib.

Mənbə həmçinin bildirib ki, Parisdə keçiriləcək üçtərəfli görüşdə münaqişənin həlli üçün irəliləyiş əldə etmək Olland üçün çətin olacaq.

каталог фаберлик на сайте faberllena.ru
народная медицина