DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Milyonları olan Fətullah Gülən niyə ağlayır?

14 dekabr əməliyyatından sonra haqqında həbs qərarı çıxarılan Fətullah Gülən, "Tikili bir daşım da yoxdur. Yalnız kitablardan gələn pulla dolanıram", - söyləyib.

FaktXəbər-in məlumatına görə, yer üzündə tikili bir daşının olmadığını bildirən Gülən "istəsəydim, vicdanınız qarşısında sual edin, əldə edə bilməzdimmi", - deyib.
Fətullah Gülən belə deyib: "Əsgərlikdən öncə imamlıq etdim. Ondan sonra da 15 il vaizlik etdim. Dövlətdən maaş almışam. Kasıb olmasaydım, almazdım onu. Gündə 1 və ya 2 dəfə yemək yeyirdim, 170 lirə il dolanırdım.
İndi kitablardan aldığım pulla dolanıram. Bir də buranın kirayəsini verirəm. Buranın kirayəsi 5 min 500 lirə (1800 AZN). Mən sadəcə 1 otağından istifadə edirəm. Vaxtaşırı olaraq dostlarım gəlib qalır. Vallahi, billahi, tallahi də belədir."
Qeyd edək ki, Fətullah Gülənin bu qədər and-amanına baxmayaraq, ortalıqda olan faktlar onun yalan danışdığını göstərir. Ola bilsin, onun öz adına heç bir mülkiyyəti yoxdur və buna görə də and içərək, "Tikili bir daşım da yoxdur", - deyib.
Amma ABŞ-ın Pensilvaniya ştatında hektarlarla bağ və içərisində böyük bir villada yaşayan, sadəcə bir otağından istifadə etdiyini söyləyən şəxsin sözləri nə dərəcədə inandırıcıdır? Yaxud da dünyanın müxtəlif ölkələrində 100-dən çox tədris ocağına nəzarət edən və maliyyələşdirən şəxs necə kitabların satışından əldə etdiyi pulla yaşadığını söyləyə bilər? Onlarla media orqanını dolayı yolla maliyyələşdirən şəxsin bu qədər ağlaması inandırıcıdırmı?

каталог фаберлик на сайте faberllena.ru
народная медицина