DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


İŞİD-lə döyüşməzlər, demədimmi... Featured

Habertürk qəhetinin yazarı Fateh Altaylı Türkiyə hökumətinin İŞİD-ə qarşı vuruşmaqda niyə qərarsız olduğu barədə maraqlı bir iddia ilə çıxış edib.

Fatih Altaylının «İŞİD-lə vuruşmazlar, demədim?!» başlıqlı məqaləsində deyilir:
Baş nazir nə dedi: «Əsədlə vuruşacağıqsa, Suriyaya girərik». İŞİD-ə qarşı deyil, Əsədə qarşı müharibə elan etməyə hazır bir hökumətimiz var. Yaxşı, bəs mən sizə deməmişdim ki, İŞİD-lə miüharibə etməzlər?! Bu barədə dəfələrlə yazmışdım. «AKP-də İŞİD-i məhəllənin yaramaz uşağı kimi görənlər var», deyə bildirmişdim. Bu ifadələrimə görə, mənə nə qədər söz gəldi.
Sonra nə yazdım? «İŞİD-ə qarşı döyüşmək üçün fətva alacaq kimsəni tapa bilmirlər. Müsəlmana silah doğrultmağı qəbul etdirə bilməzlər», dedim mi? Dedim. Bəs sözüm düzmü çıxdı? Vəziyyət bu gün onu göstərir.
İndi də «Əsədə qarşı vuruşacaqsaq», - deyə şərt qoşmalarına səbəb də budur. Çünki AKP-nin nüvəsinə ancaq o şərtlə qəbul etdirə bilərlər Suriyaya girməni. «Bizim uşaqlarla vuruşmağa getmirik. Biz nusayra (məzhəb – red.) Əsədə qarşı əsgər yollayırıq» deyə bilmək üçün».
Orta Şərqdə hələ də məzhəb düşüncəsi ilə problemi həll edə biləcəklərinəmi yanaq, yoxsa hələ də məsələni anlamadıqlarınamı… Sözün doğrusu, bizim tək-ğək yanmağımıza da gərək yoxdur. Məmləkətimiz onsuz da yanır.

Yenilənmişdir Bazar, 02 Noyabr 2014 20:00
каталог фаберлик на сайте faberllena.ru
народная медицина