DİQQƏT! DİQQƏT! DİQQƏT! 
Hörmətli oxucular! 26 DEKABR tarixi 16 İL fəaliyyət göstərən "İmpuls" qəzetinin son sayı çapdan çıxdı. Qəzetimiz maliyyə problemlərinə görə çapını dayandırıb.


Qiymətli daşların orqanizmə təsiri

İnsanlar qiymətli daşlardan əsasən zinyət əşyaları kimi istifadə edirlər. Zaman-zaman bu cür gözqamaşdıran əşyalar dəbə uyğun formasını dəyişsə də, orqanizmə təsirini dəyişmir. Ayrı-ayrılıqda hər bir qiymətli daşın orqanizmə öz təsiri var. 

Zümrüd göz xəstəliklərinin şəfqət daşıdır. Bu qiymətli daşın yaşıl rəngi gözlərdəki gərginliyi götürməklə yanaşı sinir sistemini də sakitləşdirir. Zümrüd iltihabi proseslərə və infeksiyalara qarşı mübarizə aparır. Sidik kisəsi və sidik yolları xəstəliklərinin müalicəsinə kömək edir. Bu daş yanıqları, diabeti, ürək ağrılarını müalicə edir, qan təzyiqini aşağı salır. Zümrüd daşı həmçinin qaraciyərin fəaliyyətini normallaşdırır, yuxusuuzluq problemini aradan qaldırır, vərəmin müalicəsini asanlaşdırır.
Kəhrəba hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicə daşı kimi tanınıb. Hal-hazırda da təbabətdə bu daşdan geniş istifadə olunur. Kəhrəba baş və diş ağrılarını götürür, ürəyin fəaliyyətini yaxşılaşdırır, orqanizmi maqnit dalğalarından qoruyur. Bu daşın qana təsiri olduqca müsbətdir. Kəhrəbada yodun miqdarı çox olduğundan o qalxanabənzər vəzin müalicəsində və profilaktikasında geniş istifadə olunur. Bu qiymətli daş şiş xəstəlikləri üçün də faydalıdır. Kəhrəba daşı maddələr mübadiləsini normallaşdırmaqla yanaşı böyrək və bağırsaqların fəaliyyətini də yaxşılaşdırır.
Mirvari tibet təbabətində yaddaşsızlıq və sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunub. Qədin çinlilər isə ondan görmə qabiliyyətinin gücləndirilməsi və qulaq xəstəlikləri üçün istifadə ediblər. Bu daşın insan orqanizminə bir çox müsbət təsirləri var. Mirvari güclü qankəsici təsirə malikdir. O bədənin ümumi tonusunu normallaşdırır. Xalq təbabətində mirvarinin suyundan da istifadə edilir. Mirvari suyu iltihablara qarşı effektli vasitədir.
Firuzə gecə narahatlığını və yuxusuzluq problemlərini aradan qaldırır. Bu daşın orqanizmə müsbət təsirlərindən biri də baş ağrılarını, ümumi halsızlığı və yorğunluğu aradan qaldırmaq xüsusiyyətinə malik olmasıdır. Bu daşdan hazırlanmış əşyanı üzərində gəzdirən şəxsin sağlamlığında problemlər yarananda o rəngini dəyişməyə başlayır ki, bu da həmin insan üçün xəbərdarlıqdır.
Almaz daşı yuxusuzluğu aradan qaldırır, mədə xəstəliklərinə və infeksiyalara qarşı mübarizə aparır, orqanizmin yüksək temperaturunu aşağı salır, maddələr mübadiləsini tənzimləyir, böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir. Bu qiymətli daş həmçinin sinir sistemi və ürək üçün də faydalıdır.
Sapfir bel ağrılarına, tənəffüs orqanlarının xəstəliklərinə, astma xəstəliyinə, iltihablara, şəkər xəstəliyinə kömək edir. Qədim zamanlarda sapfirdən göz xəstəliklərinin müalicəsində istifadə olunub. Bu qiymətli daş böyrəklər üçün də faydalıdır. O həm də qan təzyiqini aşağı salır.
Rubin onurğa və oynaq xəstəliklərinin müalicəsinə kömək edir, həzm sisteminə, qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir, qanaxmaların qarşısını alır. Tibb mütəxəssislərinin qənaətinə görə rubinin qırmızı şüaları orqanizmin immun sistemini fəallaşdırır, beyin fəaliyyətini artırır, potensiyanı gücləndirir.
Əqiq (aqat) daşının rəngləri çox olduğu kimi insan orqanizminə müsbət təsirləri də çoxdur. Bu daş bədəndə olan ağrıları götürür, qorxu hissini aradan qaldırır, damarları möhkəmləndirir, dəri xəstəliklərinin müalicəsinə kömək edir, insanın ümumi əhvalına müsbət təsir göstərir. Əqiq daşı həmçinin cinsi fəallığı da artırır.
Aleksandrit daşı qan dövranını yaxşılaşdırır, qanı təmizləyir, qan damarlarını möhkəmləndirir, venaların varikoz genişlənməsinin müalicəsinə müsbət təsir göstərir. Bu daş emosional gərginliyi aradan qaldırır, sinir sistemini sakitləşdirir. Aleksandritin dalaq və mədəaltı vəzə də müsbət təsiri var.
Sağlamlığınızın qiymətini bilirsinizsə qiymətli daşların müsbət təsirindən siz də bəhrələnin. Təbii ki, imkan daxilində...

каталог фаберлик на сайте faberllena.ru
народная медицина